AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rumıniya qəzeti Metsamor AES-in törədəcəyi fəlakətdən yazıb
26/05/2016 Yazdır

Rumıniyanın "Günün xəbərləri" qəzetinin internet səhifəsində "Ermənistanda nüvə silahı ilə oyun və Çernobıl qəzası modelində risk" başlıqlı məqalə yerləşdirilib. Məqalənin müəllifi Rumıniyanın sabiq Prezidenti Trayan Baseskunun müşaviri işləmiş Yulian Kifudur.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara məsul olan Minsk qrupunun həmsədrləri ilə görüşə qədər Ermənistan ekzotik xəbərlərlə ön plana çıxmışdı. Qafqazda hərbi təlimlərin hazırlanması üçün təhlükəsizlik məsələləri ilə bağlı rəsmi Bakı, Tbilisi və Ankaranın üçtərəfli görüşlərinin keçirildiyi bir zamanda Ermənistan qonşusu Azərbaycanla münaqişədə nüvə təhdidi ilə çıxış edib.

Müəllif bildirir ki, erməni ictimaiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də narahatlıq yaradan birinci məsələ Ermənistanın sabiq baş naziri, hazırda deputat olan Qrant Baqratyanın 29 aprel tarixində mətbuata açıqlamasında Ermənistanın nüvə silahına malik olmasını bildirməsidir.

Narahatlıq doğuran ikinci məsələ isə cari ilin aprel ayının əvvəllərində baş vermiş dörd günlük müharibə kontekstində, xüsusilə də Azərbaycana mesaj kimi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının qəsdən Azərbaycanın işğal olunmuş ərazilərinə tullamasıdır.

Müəllif Türkiyənin energetika naziri Berat Albayrakın Ermənistandakı AES-in fəaliyyətinə qarşı tədbirlər görülməsi üçün ekoloqlara müraciət etdiyini də vurğulayıb.

Məqalədə daha sonra qeyd edilir ki, Gürcüstanın da cəlb edildiyi uran qaçaqmalçılığı daxil olmaqla, Ermənistanda nüvə obyektlərinin təhlükəli vəziyyətdə olması real görünür.

Müəllif məqaləsində istismar müddəti başa çatmış Metsamor AES-in hazırkı vəziyyətindən söz açaraq, seysmik zonada inşa edilmiş bu AES-in partlaması nəticəsində yaranacaq fəlakətin təkcə Ermənistanda deyil, bütün Qafqazda hansı nəticələrə gətirib çıxaracağını vurğulayıb./trend/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft