AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Rusiya Qarabağda müharibəni necə dayandırdığını açıqladı
11/04/2016 Yazdır

Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlar Rusiyanın hərbi, diplomatik və siyasi kanallarla göstərdiyi intensiv səylərin nəticəsi olaraq aprelin 5-də dayandırıldı.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin vasitəçiliyi ilə Moskvada görüşüb atəşkəs barədə şifahi razılaşma əldə etdilər.

İndi erməni tərəfi iddia edir ki, guya atəşkəs barədə əvvəlcə Azərbaycan tərəfi xahiş edib və baş qərargah rəislərinin görüşünə hazır olduğunu Moskvaya birinci çatdırıb.

Azərbaycan Müdafiə Nazirliyi atəşkəs barədə birinci kimin müraciət etdiyi barədə deyilənləri şərh etmir. Ancaq Rusiya Baş qərargahındakı və Müdafiə Nazirliyindəki mənbələr tərəflərin hərbi əməliyyatları dərhal dayandırılması barədə səylərin məhz Moskva tərəfindən başladıldığını təsdiq edirlər.

Yəni faktiki olaraq hər iki tərəf Moskvanın hərbi əməliyyatların dərhal dayandırılmasına dair göstərdiyi güclü təzyiqlər qarşısında geri addım atıb.

Virtualaz.org xəbər verir ki, Rusiya Baş qərargahındakı mənbə “Kommersant Vlast”a (“Kommersant”ın həftəlik əlavəsi) hərbi əməliyyatların başlanması barədə daxil olan ilk məlumatlardan sonra hərəkətə keçdiklərini deyib.

 

“Bizə dərhal aydın oldu ki, bu adi atışma deyil, tammiqyaslı müharibənin məşqidir. Ona görə də vəziyyət barədə ölkə rəhbərliyinə məruzə edəndən dərhal sonra biz Azərbaycan və Ermənistan tərəfləri ilə əlaqə yaratdıq. Onları silahı yerə qoyub hərbi əməliyyatları dərhal dayandırmağa, danışıqlar masası arxasına keçməyə çağırdıq”-mənbə bildirib.

Baş qərargahdakı zabit onu da deyib ki, əslində irimiqyaslı hərbi əməliyyatların daha əvvəl başlaması da mümkün idi. Çünki fevralın əvvəllərində Azərbaycan və Ermənistan bir birlərinin mövqelərin güclü zərbələr endirmişdilər, ancaq o vaxt məsələ birbaşa toqquşmaya qədər gedib çıxmadı. Lakin bu dəfə irimiqyaslı müharibə çox yaxın idi. Təmas xəttinə ağır silahlar və hərbi texnika yeridilmişdi.  

Rusiya ordusunun istefada olan polkovniki Viktor Muraxovski isə “Vlast”a şərhində deyib ki, kəmiyyət və keyfiyyət baxımından Azərbaycan ordusu Ermənistan ordusundan üstündür. Bu, şəxsi heyətin hazırlığında və kifayət qədər böyük silah arsenalında da özünü göstərir.

Lakin ekspertin qiymətləndirmələrinə görə, əməliyyat vəzifələrini yerinə yetirmək üçün Azərbaycan, hərəsində ən azı 45 min əsgər olmaqla, iki operativ qruplaşmaya malik olmalıdır. Bunu isə səfərbərlik elan edilmədən təmin etmək mümkün deyil.

“Ona görə də elə təsəvvür yaranır ki, hər şey spontan alındı. Tərəflər əllərinin altında hansı bölmələr vardısa onu təmas xəttinə yeritdi”-polkovnik deyib.  

Rusiya Müdafiə Nazirliyindəki mənbə isə deyib ki, onlar hərbi əməliyyatların dayandırılmasına çalışırdılar. Hansı ki, Azərbaycan ordusu geri aldığı strateji yüksəkliklərdə, məsələn, Talış kəndi ətrafında möhkəmlənmək istəyirdi, erməni hərbçiləri isə öz növbəsində buna imkan verməməyə çalışırdı. Nəhayət aprelin 5-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qəargah rəisləri Moskvaya getdilər.

 

Onlar təmas xətti boyu hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə etdilər. Kremldəki yüksək rütbəli mənbə də tərəflərin döyüşləri Rusiyanın səyləri ilə dayandırdığını təsdiq edib.

Mənbə bildirib ki, zərurət yaranarsa Moskva yenə vasitəçi funksiyasını üzərinə götürməyə hazırdır. “Əgər situasiyanı stabilləşdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək lazım gələrsə heç bir şübhə yoxdur ki, biz bunu da edəcəyik”-mənbə “Vlast”a deyib. 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft