AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Səfir: Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan qardaş ölkələrdir - Foto
23/11/2016 Yazdır

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı olub.

Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

Rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verib. O, qardaş ölkələr arasındakı olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək deyib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.

Müasir türk kinematoqrafiyasının inkişafını yüksək dəyərləndirən Müşfiq Hətəmov deyib ki, qardaş ölkənin rejissorları ilə müştərək filmlərin çəkilməsinə çalışmalıyıq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Diplomat deyib:

“Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir. Bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq. Çünki biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”.

Bakıda keçirilən Türk filmləri həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən səfir türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdıracaq.

“Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu”, - deyə Erkan Özoral vurğulayıb.

Yerli Düşüncə Dərnəyinin sədri, millət vəkili Metin Gündoğdu qeyd edib ki, Bakıda Türk filmləri həftəsi ikinci dəfədir keçirilir. Vurğulayıb ki, gələn ay Astanada da Türk filmləri həftəsi təşkil ediləcək.

Rəhbərlik etdiyi dərnək haqqında məlumat verən Metin Gündoğdu bildirib ki, qurumun məqsədlərindən biri də mədəni tədbirlər vasitəsilə birlik olduğumuzu nümayiş etdirməkdir.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib ki, film müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir. Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda, türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir.

Qeyd edək ki, açılış mərasiminə azərbaycanlı tamaşaçılara “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də qatılıb.

Sonra “Kalandar soğuğu” filmi nümayiş olunub. 2016-cı ildə istehsal olunan film Qara dənizin dağ kəndində yaşayan Mehmetin həyat hekayəsindən bəhs edir. Qeyd edək ki, bu film 2017-ci ildə Türkiyəni “Oskar” mükafatında təmsil edəcək.

Noyabrın 27-dək davam edəcək Türk filmləri həftəsi çərçivəsində “Kalandar soğuğu”, “Deliormanlı”, “Son mektup”, “Birleşen yollar”, “Elveda Katya” filmləri nümayiş olunacaq. Nümayişlərlə yanaşı, Türkiyədən gələn tanınmış aktyor və rejissorlarla görüşlər də keçiriləcək./trend/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft