Şəmkir rayonunda qətl törədilib.
Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Məzahir İsgəndərov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Rasim Qənbərlini bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən M. İsgəndərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
|