Şairə Nurəngiz Gün vəfat edib.
Mərhumun qızı, millət vəkili Jalə Əliyevanın APA-ya verdiyi məlumata görə, Nurəngiz Gün gecə saatlarında dünyasını dəyişib.
N. Günün uzun müddətdir xəstə olduğu bildirilir.
Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.
|