Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib.
70 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.
|