AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Təbrizin millət vəkili: “Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır...”
08/11/2016 Yazdır

Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili İran Mətbuatının 22-ci Sərgisində “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirərkən son günlərdə yaradılmış Türkdilli Deputatlar Fraksiyası barədə danışıb.

“ Mərənd və Culfa əhalisinin millət vəkili cənab Həsənnəjad bu yolda çoxlu zəhmət çəkib və İdarə Heyətinin seçimi iclasını təşkil edib. İclasdan sonra fraksiya rəsmiləşib və parlament fraksiyaları arasında qeydə alınıb. Lakin bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq.

Ona görə ki, İranın əksər bölgələrində türk cəmiyyəti yaşayır. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?! Biz deyirik ki, türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Sattarxanımız gəlib Tehranda Məşrutəni bərqərar edib. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı”- deyə Şəhabəddin Bimiqdar bildirib.

Türkdilli Deputatlar Fraksiyasının yaradılması və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə tənqid edən millət vəkili onları münafiq adlandırıb. “Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər İran üçün canını fəda etmiş bir qövmü təhqir etməzdilər! Konstitusiyaya (anayasa) görə fars dili bizim rəsmi dilimizdir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən fars dili ilə yanaşı ana dilimizi də istəyirik”- deyə o vurğulayıb.

Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub da “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirib. “Mən özüm də Türkdili Deputatlar Qrupu Fraksiyasına üzv olmuşam və ümid edirəm ki, bu birlik türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq.

Konstitusiyada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Konstitusiyada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir”- deyə millət vəkili vurğulayıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft