AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Xocalı dəhşəti: Məhv edilmiş 8 ailə + Foto  •   İranda türklər Dünya Ana Dili Gününü qeyd edir  •   Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA  •   İsrail “erməni soyqırımı”nı tanımadı  •   Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 127 dəfə pozub  •   Azərbaycanın xarici dövlət borcu artıb  •   Urmiyənin millət vəkili Azərbaycan misinin talanmasına etiraz edib  •   Rezidenturaya sənəd qəbulu başlayır  •   MSK İlham Əliyevin namizədliyini təsdiqlədi  •   İran mediasının ‘anti-türk’ təbliğatı ilə bağlı narahatlıq var  •   Ermənilər atəşkəsi 135 dəfə pozdu  •   “Urmu gölünü qurtaraq” kampaniyasına qoşulanların sayı 100 mini keçdi  •   Rusiyadakı təyyarə qəzasında ölənlərdən biri azərbaycanlıdır  •   Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür  •   Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR  •   Urmiyədə daha bir tarixi məkan məhv olmaq üzrədir - Video  •   Qəbələ "İslam dünyasının turizm paytaxtı" seçildi  •   Prezidentliyə namizədlərin sənədləri fevralın 27-dən MSK-ya təqdim ediləcək  •   Urmiyə Gölü ilə bağlı yeni sosial media kampaniyası başladılıb  •   Məhəmməd Əmin Rəsulzadə: Özünü yanar odun içinə atan fədakar OBRAZ  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Tarix dərsliyindəki səhvə görə cəza TƏLƏB EDİLDİ - “Üzr istəmək yox, cavab vermək lazımdır”
09/10/2017 Yazdır

X siniflər üçün rusca nəşr olunmuş “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Təhsil Nazirliyi həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edildiyini açıqlayıb. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Dərsliyin müəlliflərindən olan Kamran Əsədov saytımıza kitabda hər hansı qüsur olmadığını iddia edib. Onun sözlərinə görə, xəritədə indiki Ermənistana və ermənilərə aidiyyatı olmayan qədim Ərməniyyə dövləti göstərilib.

"Vuran bəlli, yıxılan bəlli"

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xəqani Ədəboğlu Modern.az-a açıqlamasında bu faktı kəskin tənqid edib:

“Tarix dərsliyində gedən səhvə həmin dərsliyin müəlliflərindən olan Kamran Əsədov iddia edib ki, guya, kitabda qüsur yoxdur. “Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir” söyləyib.

Deməli, hansı məqsədləsə belə bir səhvə yol verirlər, kitab çap olunur, müəllif kimi qonorar da alırlar. Səhv ictimailəşəndə üzr istəmək əvəzinə bunu "texniki qüsur" adlandırır və kitabların yenidən çap edildiyini bildirirlər. Üstəlik, bunu aşkara çıxaranların, bundan narahat olanların üstünə gedirlər.

Özləri erməniyə xidmət etdikləri halda, bunların "texniki qüsur"undan yazanları "ermənidən betər" adlandırırlar. Müəlliflərə diqqət edin:Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynov.. Kitabı "Şərq-Qərb" nəşriyyatı çap edib. Yəni vuran bəlli,yıxılan bəlli”.

Keçmiş döyüşçü deyib ki, bu mövzuda bitərəf qalmaq olmaz. 

“Mən dəfələrlə yazmışam ki, Aprel döyüşlərindən sonra içimizdəki erməni şəbəkəsi total şəkildə hücuma keçiblər. “26” kafesi, "26 Bakı komissarı" küçəsi, Şaumyanın yetimlərinin qəbir ziyarəti, xəritə təsadüf ola bilməz, hələ bu xəritənin kontur (lal) variantı da var. Onu müzkirəyə çıxartmayıblar.

Bu günlərdə bir araşdırma apardıq Fedai.az -da. Məlum oldu ki, rus dilinin regionda zəifləməsi səbəbindən erməni informasiya və dezinformasiya mərkəzlərini Türkiyə və Azərbaycana yerləşdiriblər. Türkiyədə 56 vəqf ermənilərə məxsusdur və İstanbul, Diyarbəkr, Kayseri və Hatayda fəaliyyət göstərir. Bunların nəzarətində 700 min portal var. Bu mərkəzlərin Azərbaycanda uzantıları aşkar fəaliyyətdədirlər. Bu xəritə hələ ki gözə görünən bir olaydır. Xalq və xüsusən də saytların erməni nəzarətində olmayan kəsimi diqqətli olmalıdırlar... Bu xainlərin əməlləri bizim  veteranların dərin hiddətinə səbəb olub”.

"Üzr istəmək yox, cavab vermək lazımdır"

Milli Məclisin deputatı, tarixçi, professor Fəzail İbrahimli Modern.az-a deyib ki, heç bir halda səhvə yol vermək olmaz:

“Biz bu gün həssas dövrü yaşayırıq. Bizim erməni kimi düşmənimiz var. Tarix, sərhədlər məsələsində bizim “texniki xəta”ya yol vermək haqqımız yoxdur. Biz diqqətli, ədalətli, qərəzsiz olmalıyıq. Fikirlərimiz, düşüncələrimiz rəqəmlərə söykənməlidir. Mən hesab edirəm ki, bu “səhv”ə görə üzr istəmək yox, cavab vermək lazımdır. Müəllif kollektivi və həmin xəritənin ideya müəllifi və kitaba daxil edənin kimliyi araşdırılmalıdır. Qoy aydınlaşsın ki, bu məsələləri qəsdən o kitaba kim pərçim edib. Müəllif  bilərəkdən buna yol veribsə, bu kifayət qədər ciddi və cavabdehlik daşıyan məsələdir”.

"Təhsil Nazirliyində ən kiçik işçidən nazirə qədər hər kəs məsuliyyət daşıyır"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Təhsil Nazirliyinin məsuliyyət daşıdığını deyib. A.Nağı Modern.az-a bildirib ki, müəlliflərin özlərinə hansısa şəkildə bəraət qazandırması da anlaşılan deyil:

“Mən hesab edirəm ki, məsələyə Təhsil Nazirliyi səviyyəsində, ona cavabdehlik daşıyan bölmələri səviyyəsində diqqətlə yanaşılmalı idi. Bu məsələni belə qoymaq olmaz. Tənqiddən sonra həmin xəritənin dərslikdən çıxarılması da xətadır. Əgər bunu səhv olaraq qəbul etmirlərsə, niyə yenidən dərslik nəşr edilir və həmin hissə çıxarılır? Nazirlikdə hər kəs aşağıdan yuxarıya qədər məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır. Hər dəfə məsələlərə dırnaqarası yanaşırıq, aşağıdakı 1-2 nəfəri cəzalandırıb, töhmət verib işi bitmiş hesab edirik. Ona görə də bu cür hallar təkrarlanır.

Bu məsələdə Təhsil Nazirliyinin ən kiçik işçisindən tutmuş nazirə qədər hər kəs məsuliyyət daşıyır. Məsələyə elmi yanaşma olmalıdır. Elə “dedilər səhvdir, çıxartdıq”la olmaz. Biz bununla erməni dəyirmanına su tökmüş oluruq. Mətbuatda rast gəldim ki, “Armeniya” (Ərməniyyə”) o vaxt Romanın hansısa əyaləti olub. O zaman “Armeniya” ilə “Hayastan” fərqləndirilməli idi.

Ermənilər öz tarixini Nuh peyğəmbərin dövrünə qədər aparıb çıxarırlar. Onlar iddia edir ki, hətta Nuhun özü də erməni olub və bu dildə danışıb. Biz isə tariximizi ermənilərin xeyrinə təhrif edirik. Ona görə də hesab edirəm ki, bu erməni təbliğatına xidmət edən bir faktdır və hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.


+ Benzer Haberler
» Xocalı dəhşəti: Məhv edilmiş 8 ailə + Foto
» İranda türklər Dünya Ana Dili Gününü qeyd edir
» Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA
» Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 127 dəfə pozub
» Rezidenturaya sənəd qəbulu başlayır
» Ermənilər atəşkəsi 135 dəfə pozdu
» Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
» Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR
» Urmiyədə daha bir tarixi məkan məhv olmaq üzrədir - Video
» Məhəmməd Əmin Rəsulzadə: Özünü yanar odun içinə atan fədakar OBRAZ
» Deputat Nəriman Əliyev komaya düşüb
» Nəsib Nəsibli: Güneyin İrandakı siyasi proseslərin gedişindən geri qalması təhlükəlidir
» Rusiya XİN: Turistlərə Azərbaycana getməməyi tövsiyə etmək sadəcə cəfəngiyyatdır
» Sinoptiklər xəbərdarlıq edir: Yollar buz bağlayacaq...
» Xaricə köçmüş bəzi azərbaycanlı jurnalistlər “reketlik” edirlər
» Tanınmış xəttat Abbas Köçəri Xoyda həbsdədir
» Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib
» Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
» "Bakıda təcrübəsi olmayan həkimlər nəyinsə xatirinə öd əməliyyatı edirlər"
» Ermənistandan Azərbaycana 244,4 milyard dollarlıq ekoloji zərbə – RƏSMİ


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details.

Məzənnələr
 USD :  1.7001
 EUR :  2.0914
 GBP :  2.3714
 TRY :  0.4488
 EUR/USD :  1.2302
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
Türk Keneşi
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft