AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» TN: Müəllimlərin attestasiyası daha geniş formatda olacaq
08/10/2015 Yazdır

Azərbaycanda orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası yalnız ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə bilər.

Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Diaqnostik qiymətləndirmə bütün ölkə üzrə keçirildikdən sonra bütün müəllimlərin bilik və bacarıqlarının səviyyəsinin məlum olacağını deyən İ.Nağıyev qeyd edib ki, bunun əsasında müəllimlərin zəif və güclü tərəfləri müəyyən ediləcək: "Buna görə də diaqnostik qiymətləndirmə bu işlərin görülməsi üçün ilk mərhələ hesab edilir".

Nazirlik rəsmisi əlavə edib ki, ancaq sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var.

Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

Attestasiyanın nə zaman keçiriləcəyinə gəldikdə isə, İ.Nağıyev bildirib ki, ölkənin bütün müəllim kontiginenti 150 min nəfərdən çox olduğuna görə, attestasiyanın bütün ölkə ərazisini əhatə etməsi müəyyən qədər vaxt aparacaq: “Ola bilər ki, attestasiya da diaqnostik qiymətləndirmə kimi tədricən, regionlar üzrə olsun.

Attestasiya məsələləri barədə diaqnostik qiymətləndirmə ölkə üzrə başa çatdıqdan sonra danışa bilərik. Artıq diaqnostik qiymətləndirmə Bakıda keçirilib, bu ilin sonuna kimi 12 rayon və şəhər üzrə də keçirləcək. Prosesin hansı müddətə bitəcəyi hökumətin qərarından asılı olacaq”.

Müəllimlərin sertifikasiyasının keçirilməsi mexanizminin hələ müəyyənləşdirilmədiyini qeyd edən İ.Nağıyevin sözlərinə görə, attestasiya və sertifikatlaşdırma bir-birindən fərqlənir:

“Attestasiya zamanı müəllim attestasiyadan keçir, nəticədə o, ya işini ya saxlayır, ya da itirir. Sertifikasiya prosesində müəllim müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir. Ümumi baxıldıqda attestasiya və sertifikasiya məfhumları bir-birinə çox bənzəyir. Bu proseslərin mexanizmləri hələ hazır deyil”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft