AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub  •   Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.  •   Güney Azərbaycanda Milli Qiyamın 11-ci ildönümüdür - VİDEO  •   Bakıda özünü 8-ci mərtəbədən atan qadın sağ qalıb  •   Bu gündən yollarda sarı xətt qadağası ləğv olunur  •   Azərbaycan İslam Həmrəyliyi Oyunlarının estafetini Türkiyəyə verdi  •   Azərbaycanda şəhid məzarları digərlərindən SEÇİLƏCƏK  •   Sulduz və Urmiyədə keçiriləcək Şura Seçkiləri ilə bağlı ikinci dəfə müraciət ünvanlanıb  •   DTX MTN agentləri ilə bağlı araşdırmaya başladı  •   “Ruhaniyə verdiyiniz səsi bir daha təkrarlayın”  •   Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderliyini qoruyub saxlayır  •   Azərbaycan neft hasilatını 9,5% azaldıb  •   Moskvada vəfat edən azərbaycanlı yazıçı Bakıya gətirilməyəcək  •   Ərinə xəyanətdə günahlandırılan qadın 2 il mürdəşirxanada işləməyə məhkum edilib  •   Ötən rüb baş verən 400-dən çox yol qəzasında 162 nəfər ölüb Böyüt  •   Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 25 il ötür  •   Azərbaycanın hərbi sirrlərini düşmənə verib, Bakıda terror törətmək istəyənlər TUTULDU  •   Prezident sahibkarları təltif edib - SİYAHI  •   Bərdə sakininin avtomobilində at skeletləri və baş-ayağı aşkarlanıb  •   İranın Şərqi Azərbaycan vilayətində DAŞQIN: 36 ölü  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.
23/05/2017 Yazdır

Tarixin düzgün araşdırılmasında, faktlara əsaslanmasında əngəl yaradan əsas səbəblər hansılardır?

Ən mürəkkəb tarixi-siyasi dövrlərdə də bir millətin öz varlığını sürdürməsi üçün tarix şüuru çox vacib amildir. Bu, tarixşünaslıq elminin məşğul olduğu vacib məsələlərdən biridir. Günümüzdə bu sahədə vəziyyət necədir?

Ümumiyyətlə, tarix şüur necə meydana gəlir, tarix necə yazılır, tarixşünaslıq hara gedir? Türkiyədə yaşayan Azərbaycanlı tarixçi, TOBB (Türkiyə Palata və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bu suallara belə cavab verir. 

Toğrul İsmayıl deyir:

İstər Türkiyə, istərsə də Azərbaycanda tarixşünaslıq ən az inkişaf etmiş elm sahələrindən biridir. Doğrudur, Azərbaycanda hələ sovet dövründə Tarix İnstitutu var idi, eləcə də Türkiyədə Atatürk dövründə qurulan Dil və Tarix Qurumu fəaliyyət göstərir. Hər iki qurum bu cür məsələlərin həlli üçün vacib funksiyalar daşıyır. Amma diqqət etdiyimiz zaman görürük ki, bu qurumlar belə tarixşünaslıqla bağlı çalışmalara az önəm verir. Tarixi qaynaqların da ciddi şəkildə analizi yetərli deyil.

Azərbaycanda bunu anlamaq mümkündür. Uzun illər sovet sistemi, kommunist ideologiyası Azərbaycan tarixinin öyrənilməsində ciddi əngəllərdən biri olub. Bu mirasın indi davam etməsini isbatlayan detallar var: hələ də “türk”, “azəri”, “azərbaycanlı” kimi məsələlər üzərində kimlik müzakirələri gedir. Halbuki bu məsələ çoxdan həllini tapmış olmalı idi. Azərbaycanda yaşayan əhalinin böyük əksəriyyəti türkdür, eyni zamanda, digər etnik qrup və topluluqlar var.

Bununla birlikdə Azərbaycan tarixçiliyində ortaya iki təzad çıxır: bir yandan Azərbaycan tarixini oxuyuruq ki, bu da coğrafi tarixdir (məkan və ya dövlətin tarixi), o biri yandan da millətin tarixini. Yəni xalqın tarixi və dövlətin tarixi - bunlar ayrı-ayrı mövzulardır. Bunlarla bağlı təxəyyüldən uzaq, ciddi şəkildə tarixi araşdırmalar aparılmalıdır.

Azərbaycan zaman-zaman torpaqlarını itirib. Bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Azərbaycanın tarixi coğrafiyası haqqında məlumatlar bizim tarix kitablarımızda, dərsliklərimizdə nə dərəcədə obyektiv şəkildə əksini tapa bilir? Ən böyük problemlərdən biri son illər tarixin elmi tədqiqatlardan uzaq, süni şəkildə dərinləşdirilməsinə edilən cəhdlərlə bağlıdır. Bu sahədə bədnam qonşuların pis nümunəsindən uzaq durmalıyıq. Tarixi bu yolla dərinləşdirmək yerinə obyektiv araşdırmalar aparmaq lazımdır. Bundan çəkinmək də lazım deyil.

Çünki ilk yazılı tarixlərdən etibarən türklərin tarixi bilinəndir. Tarix kitablarında qədim Azərbaycandan söz edirik, amma bu zaman çox vaxt sərhədi, coğrafiyası dəqiq bəlli olmayan məkandan bəhs edilir. Halbuki Azərbaycanın hara olduğu toponimlərdən bilinən bir məsələdir. Amma sərhədlərini tam bilmədiyimiz qədim tarixi məkandan başlayıb, ardınca 400 min kvadrat km. ərazidən söz edib, sonra da 86 min kvadrat km. ərazisi olan Azərbaycan Respublikası ilə tariximizi tamamlamağa çalışırıq.

Doğrudur, Güney Azərbaycan məsələsi də diqqətdən kənarda qoyulmur. Amma bütün bunlar bir təzad yaradır. Ona görə də dediyim kimi, tarixçilikdə, tarixi araşdırmalarda əsas iki faktor var: ya siyasi tarix, ya da millətlərin tarixi.

Bu gün Azərbaycan türklərinin tarixinin dünya türklüyündən kənarda oxunması imkansızdır. O zaman, məsələn, Zaqatala bölgəsindəki Sarı türgeşlər etnoniminin haradan gəldiyini bilə bilməzsiniz. Və ya dünya tarixindən qoparıldığı halda qədim tarixdə Tomris haqqında rəvayətin, massagetlərin, sakların kim olduğunu və yaxud Qafqaz Albaniyasında Sakasenanın haraya bağlı olduğunu bilə bilməzsiniz.

Ona görə də, belə mücərrəd tarix yerinə konkret tarixi araşdırmalar lazımdır. Bunu edərkən də tarixin qədimliyini xüsusi hədəf seçmək lazım deyil. Yəni qədimlik, əslində, bir şeyi ifadə etmir. Əsas məsələ obyektivlik, tarixi faktlar üzərində çalışmaqdır. Qədimliyə baxsaq, ermənilər Cənubi Qafqaza gəlmədir. Amma indi burada bir dövlətləri var. İndi bu zəmində diskussiya açsaq, kimsə kimsəyə sübut edə bilməz ki, siz buraya gəlməsiz. Demək istədiyim odur ki, tarix artıq mövcud olan tarixdir və onun tarix kimi öyrənilməsi lazımdır. 

Soruşula bilər: tarixin düzgün araşdırılmasında, faktlara əsaslanmasında əngəl yaradan əsas səbəblər hansılardır? Bu, daha çox hələ Azərbaycanda tarix konseptinin tam oturuşmamasından irəli gəlir. Tarix İnstitutu bu istiqamətdə çalışır, ciddi dönüşlər var, amma yetərli deyil. Bu vəziyyətə, dediyim kimi, bir qədər sovet dövrünün mirası kimi də baxmaq olar. Çünki o dövrdə bizə sərbəst araşdırma aparılmağa icazə verilmirdi. Mən bunu öz sahəmdən deyə bilərəm. Məsələn, Ermənistanda, Gürcüstanda tarixi coğrafiya ilə bağlı yüzlərlə kitab yazıldığı halda bizdə bu kitablar barmaqla sayılacaq qədər idi.

İndi kitablar yazılır, araşdırmalar var, amma uzunmüddətli bir ənənənin olmaması yetərli tarixi bilgilərə enməyə imkan vermir. Bunun üçün zamana ehtiyac var. Dövlət də buna dəstək verməlidir. Tarix elmin elə bir sahəsidir ki, o, gəlir gətirmir, bəlkə də heç zaman gəlir gətirməyəcək. Amma bir millətin milli varlığını sürdürməsi üçün tarix şüuru, tarix bilinci çox vacibdir. Süni bir tarix şüuru bir milləti yarada bilməz. Bu zaman kimlik problemi ortaya çıxar. 

Milli kimlikdən söz düşmüşkən, sovetlərin xalqımıza uydurma kimlik kimi tətbiq etdiyi “azəri” kəlməsinin istifadəsi günümüzdə də davam etməkdədir. Xüsusilə, Türkiyədə tez-tez bu sözü eşidirik. Məsələnin bir neçə əsas məqamına toxunmaq istəyirəm.

Bu gün XXI əsrdir və Azərbaycanın heç bir rəsmi sənədində “azəri” kəlməsi yoxdur. İdeoloji tərəfdən baxıldıqda, 30-cu illərdən bizim türklük kimliyimizi unutdurmaq üçün “azərbaycanlı” termini ortaya atıldı. Bu, Azərbaycanda yaşayan digər etniklərə deyil, məhz yerli xalqa, türklərə şamil edildi. Əgər söhbət dövlət mənsubiyyətindən gedirsə, ölkədə yaşayan hər kəs azərbaycanlıdır.

Uzağa getməyək, 20-30-cu illərin arxivlərinə baxsaq, hər şey aydın olur və bizə türk deyilir. Azərbaycanlı olmaq Azərbaycanda yaşayan hər kəsin haqqıdır. Sovet dönəmində türklük kimliyini rədd etdikdən sonra Azərbaycanda yaşayanların türk olmayıb sonradan türkləşdiklərini söyləməyə başladılar: XI əsrdə oğuzlar gəldi, bu köçəri xalq Azərbaycan xalqını türkləşdirdi və s.

Guya ölkəmizdə yaşayan əsasən İrandilli toplum - azərilər olub. Azər farsca od, azəri isə oda tapınanlara deyilir. Bir də, müsəlman topluluğa azəri deyilməsi də yanlışdır. Bir sözlə, azərilik sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür. Bu da Azərbaycan türklərini dünya türklərindən qoparır.

Doğrudur, bizim ərazimizdə oda sitayiş olub, Atəşgah da var. Amma bu, başqa bir məqamdır. Günümüzdə “azəri” kəlməsinin işlədilməsi bizi kimliyimizdən uzaqlaşdırır. Bunun eyni formasını Orta Asiyada da gördük. Türküstanda türk kimliyi qoparılaraq və qövm kimlikləri ortaya çıxarılaraq özbəkistanlı, özbək, qazaxıstanlı, qazax və s. deyilir.

Astanada fəaliyyət göstərən Türk Akademiyasında “Ortaq türk tarixi” kitabı hazırlanır və artıq XV əsrə qədər bölümü hazırdır. Bildirilir ki, tarixdəki mübahisəli məqamlar kitaba salınmayıb. XV əsrdən sonra türk dünyasında parçalanmalar olduğuna görə kitabın ondan sonrakı dövrü ortaq türk tarixi kimi deyil, başqa adla adlandırılacaq.

Amma bu, belə olmamalıdır. Tarix obyektiv olmalıdır. Münaqişələr doğru yazılmalıdır, amma obyektiv nəticəsi də ortaya çıxarılmalıdır. XV-XVI əsrlərdə türk dövlətlərinin bir-biriləri ilə məzhəb, bölgəsəl, dövlətlərarası mübarizəsini bölgə maraqları üzərindən deyil, ümumi türk tarixi üzərindən yorumlasaq, doğru nəticə əldə etmiş oluruq.

Məsələn, Teymurun Bəyazidə qalib gəlməsini obyektiv yazmaq lazımdır. Şah İsmayılla Sultan Yavuzun savaşını da ümumi türk tarixi nöqteyi-nəzərindən dəyərləndirdiyimiz zaman iki böyük gücün bir-biri ilə mücadiləsi kimi qiymətləndirmək, obyektiv yanaşmaq lazımdır. İki dövlət bir-biri ilə mübarizə aparır, güclü qalib gəlir. Osmanlı güclü olduğunu ortaya qoydu. Amma Səfəvi də ondan zəif deyildi.

Bəlkə də bundan nəticə çıxararaq tarixin bizə bir istiqamət verməsi baxımından bunun özü də önəmlidir. Əgər o zaman hökmdarlar türk şüuru ilə hərəkət etsəydilər, tarix bugünkü nəsillərə də doğru ötürülsəydi, bu cür bölünmə olmazdı. Yaxud Çingiz xan dönəmini bir türk dövləti kimi dəyərləndirdiyimiz zaman görürük ki, düşmənlərə qarşı amansız, itaət edənlərə qarşı olduqca ədalətli, çağının modern görüşlərinə sahib, qəbul etdiyi qadağalara belə tabe olan böyük hökmdar çıxır qarşımıza. Bu qanunlar o çağın Avropasında hələ yox idi. O zaman Avropada hökmdarlar Allahın yerdəki kölgəsi sayılır, heç bir qanuna itaət etmirdilər.

Tarixi qaynaqların bir qismini islam yazarlarından alırıq. Onlar da Çingiz xanı müsəlman olmadığı üçün daha çox tənqid edirlər. Və yaxud Çingiz xanın dünya hakimiyyəti qurmaq istədiyi üçün türk olmaması məsələsi üzərində dururlar. Önəmli onun qövmü deyil, qurmaq istədiyi dövlətin və məfkurənin ortaya qoyduğu məqamlardır. Onun qurduğu dövlətin dağılması ilə ortaya çıxan bütün dövlətlər türk dövlətləri oldu. Dövlət dili uyğurca olub. Və ya götürək Atillanı. O, Avropanın dediyi kimi, barbar deyil, olduqca müdrik, ədalətli, tutduğu yerlərdə xalqlara çox gözəl davranan bir hökmdar olub. Yəni ədalətli davranmadıqca böyük ərazini idarə etmək mümkünsüzdür.

Bütün bu kimi səhvlərə yol verməmək üçün tarixi daha yaxşı yazmaq və daha ciddi oxumaq lazımdır. /trt.net.tr/


+ Benzer Haberler
» Şair və tərcüməçi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib - Fotolar
» Səfir: Azərbaycan və Türkiyə bir-birinin sevincini, kədərini paylaşan qardaş ölkələrdir - Foto
» Bir qadının uğuru, ya uğursuzluğu?
» Zəncanda 11-ci ‘Aşıqlar Bayramı’ keçirilib
» İranda musiqi festivalı keçirilir
» Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb
» Bərdədə “Qaçqın düşmüş musiqi” festivalı keçirilib
» Azərbaycanlı uşaq rusları heyran etdi- Video
» Bakıda çəkilmiş dini film Təbrizdə nümayiş etdirilib
» Azərbaycanda ilk dəfə dövlət dilinin informasiya bazası yaradılacaq
» Şeyx Əbdül “Qanlı Yanvar” barədə: “Vahid Mustafayev orada olmayıb”
» "O səs Türkiyə”yə çıxan azərbaycanlılar herkesi coşdurdu - Video
» Dünyaca məşhur müğənni 9 yaşlı azərbaycanlı qızla duet oxudu - Video
» Tovuzda “Türk dövlət və toplumlarını yaxından tanıyaq” adlı tədbir keçirilib
» MTRŞ: Telekanalların hərbi-vətənpərvərliklə bağlı proqram siyasəti bizi qane etmir
» Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq
» Muğam Müsabiqəsinin qalibləri seçildi
» Avropa Oyunlarına gələcək turistlər üçün unikal məkan - Foto
» "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatdı
» "Qara bağ" və "İnikas" bədii filmləri təqdim olunacaq


 
Hava Vəziyyəti
26-06-17
 Bakı
+20C /+26C  
 Gəncə
+22C /+28C  
 Naxçıvan
+16C /+31C 
 Şuşa
+22C /+29 
Məzənnələr
 USD :  1.7022
 EUR :  1.8999
 GBP :  2.1620
 TRY :  0.4850
 EUR/USD :  1.1161
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft