AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız: Hüseyn xan Turqut
10/10/2017 Yazdır

Azərbaycan və Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən əsas amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində dəfələrlə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 

1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə Azərbaycan türklərinin maddi və mənəvi yardım göstərmələri Türkiyə üçün bir o qədər önəmli olmuşdur.

Bu gün hər iki ölkədə tarixçilər, tədqiqatçılar Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı tarixi xidmətləri, eyni zamanda Azərbaycanın Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstək haqqında ciddi tədqiqatlar aparır, bu barədə xeyli sayda məqalələr və kitablar yazırlar ki, bütün bunlar təqdirə layiqdir.

Lakin milli mücadilə illərində Türkiyəyə mühacirət etmiş Azərbaycan Cümhuriyyəti ordusunun 1200 nəfərlik bir birliyinin Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun sıralarına qatılaraq, Qurtuluş Savaşında iştirak etmələri, onların keçdikləri döyüş yolu və sonrakı xidmətləri haqqında ciddi tədqiqatların aparılmaması təəssüf doğuran məqamlardan biridir. Gərəkdir ki, Türk Qafqaz İslam Ordusunun Bakının düşmən qüvvələrindən azad etməsinə verdiyimiz önəmi, könüllü Azərbaycan birliklərinin müxtəlif cəbhələrdə Anadolu türkləri ilə çiyin – çiyinə savaşaraq Türkiyənin istiqlalı uğrunda göstərdikləri xidmətlərə də verək.

Tarixə marağı olan, qeyri ixtisas sahibi həvəskar bir araşdırmaçı olaraq, bu istiqamətdə araşdırmalar aparıb Türkiyənin qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən bir neçə zabit haqqında (Firudin Daryal, Baba Behbud) məqalə yazıb, onların keçdikləri döyüş yoluna işıq tutmağa çalışsam da, bu sahədə peşəkarların ciddi tədqiqatlar aparmasına ehtiyac vardır.

Bu gün sizlərə milli mücadiləyə qatılaraq Türkiyənin Qurtuluş savaşında iştirak etmiş Azərbaycan türklərindən olan general (tümgeneral) Hüseyn Turqut haqqında söhbət açacam.

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

İRƏVAN XANLARININ GENERAL OĞLU

Hüseyn Turqut Azərbaycanın görkəmli nəsillərindən birinin nümayəndəsidir. O, sonuncu İrəvan xanı Həsən xan Turqut ilə Bəhmən Mirzə Qacarın qızı şahzadə Nuraleyin Qacarın ilk övladıdır. 1900-cü ilin noyabr ayında qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdur. Babası 1912-ci ildə vəfat edən Abbasqulu xan İrəvanskidir. İrəvan Xanlığının Çar Rusiyası tərəfindən işğal edilərək müstəqilliyinə son qoyulsa da, xan titulu bu nəsildən alınmamışdır. Ailədə beş uşaq olublar. Qardaşı Fərid xan, bacıları Rüxsarə, Sami və Adilə xanım.

Hüseyn Turgut orta təhsilini İrəvan şəhərində gimnaziyada almışdır. 1917-ci il oktyabr inqilabından sonra İrəvanda baş qaldıran erməni terroru nəticəsində bütün ailə üzvləriylə birgə Naxçıvana köçürlər. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə keçir.

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ İŞTİRAKI

Türkiyədə zabit namizədi olaraq Osmanlı ordusuna qoşularaq Birinci dünya müharibəsinə qatılır. IV Kolordunun 5-ci tümənində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tüməndə döyüşlərə qatılır. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə “Dəmir Hilal” döş nişanı ilə təltif olunur. Qurtuluş Savaşının başlamasıyla doğu cəbhəsində leytenant rütbəsiylə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edir.

Atatürk tərəfindən “İstiqlal” medalıyla təltif edilir. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirir. Türkiyənin güney doğusunda baş qaldıran kürd üsyanlarının yatırdılmasında iştirak edir.

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

1928-ci il Hüseyn Turqutun həyatında iki əlamətdar hadisə ilə yadda qalır. Onun ailə üzvləri böyük çətinliklərdən sonra nəhayət ki, Türkiyəyə köçməyə müvəffəq olmuşdular. O, ali hərbi təhsilini bitirməyin sevincini, uzun ayrılıqdan sionra ailə üzvlərinə qovuşmanın sevincini ilə birgə yaşayır.

6 DİLDƏ DANIŞAN ZABİT

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

1930-cu ildə Hüseyn Turqutun həyatında böyük bir dönüş nöqtəsi olur. Həmin ərəfədə Atatürkün təşəbbüsü ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi istiqamətində bir çox işlər görülürdü. 1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut da xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə keçirilir.

1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş nəfər pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilir. Fransada keçirilən təlimlərdə də yüksək nəticələr göstərir.

Hüseyn Turqut bacarıqlı bir zabit idi. O, altı dil bilir, üstün zəkası və çalışqanlığı ilə digər zabitlərdən seçilirdi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı onun əməyindən yeni pilotların yetişdirilməsi üçün istifadə edirlər.

“Junge Dayı”

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

Hava Qüvvələrində “Junge Dayı” ləqəbi ilə məşhurlaşır və çox sevilən bir zabit olur. 1934-cü ildən 1946- cı ilə qədər, bu gün dünyanın ən güclülərindən olan Türkiyə Hərbi Hava Qüvvələrinə çox sayda pilot yetişdirməklə ordu quruculuğunda və inkişafında müstəsna xidmətlər göstərmişdir. 1946-cı ildə ağır qəza keçirir. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışmış, 42 illik xidmətdən sonra 1960- cı ildə general-mayor rüstbəsində təqaüdə çıxmışdır.

ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDİLƏN GENERAL

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

Hüseyn Turqut 1936 – cı ildə Ləman Hattusas ilə evlənmişdir. 1940 – cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olmuşdur.
Hüseyn Turqut 1971-ci ilin noyabr ayında vəfat edir. Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Şəhidlər xiyabanında dəfn edilmişdir.
Oğlu Turhan Tuqut hüquqşunasdır. 2016-cı ildə Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmişdir. Tanınmış iş adamıdır. Azərbaycan diasporasının fəallarından biridir. Hazırda İstanbulda yaşayır.

Orxan Cəbrayıl 

/karabakhmedia.az/

Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft