AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Türkiyənin, İranın Azərbaycanda çalışan həkimlərinə çox da inanmayın - XƏBƏRDARLIQ
15/03/2017 Yazdır

Son illər başqa ölkələrdən Azərbaycana gəlib həkim kimi işləyənlərin sayı çoxalıb. İş ondadır ki, azərbaycanlı xəstələr yerli həkimlərdən çox İrandan, Türkiyədən gələn həkimlərə etibar edir, onlara inanırlar. Bunun isə əsas səbəbi reklamlardır.

Məsələnin diqqət çəkən tərəfi odur ki, İranın və Türkiyənin yalnız paytaxtında  əhalinin sayı ümumi Azərbaycanın əhalisindən az qala 2 dəfə şoxdur. Eyni zamanda, tibbi xidmət Türkiyədə Azərbaycandan qat-qat bahadır. İranda isə tibbi xidmət zahirən ucuz görünsə də, ora həkimə gedənlər heç vaxt məmnun olmayıblar.

Həm xəstələrin çox olduğu, həm də tibbi xidmətin baha olduğu adlarını çəkdiyimiz ölkələrin həkimləri nədən iş üçün Azərbaycanı seçsinlər ki?..

Burada şübhəli məqam ortaya çıxır, bəlkə Azərbaycanı seçənlər öz ölkələrində həkim kimi qəbul edilmirlər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ixtisasca həkim deputat Musa Quliyev Modern.az-a açıqlamasında bu kimi məsələlərə aydınlıq gətirib.

Azərbaycana gələn həkimlər birinci kateqoriyalı deyil...

- Dediklərinizlə razıyam. Yaxşı həkim öz ölkəsində çalışdığı klinikada daimi xəstələrini tapır. Bu zaman həmin həkimin  başqa yerə getməsinə ehtiyac qalmır. Bu gün səhiyyə sahəsində müxtəlif mütəxəssislər arasında çox ciddi rəqabət var. Bəziləri öz ölkəsində iş tapa bilmədiyindən başqa ölkələrə, o cümlədən, Azərbaycana üz tutur. Həmin həkimlərə Azərbaycanda yüksək qonorar təklif olunur. O da bura gəlir. 

Xaricdən gələn həkimlərin heç də hamısı birinci kateqoriyalı həkim deyil. İkinci, üçüncü və aşağı səviyyədə olan həkimlərdir. Yüksək səviyyəli həkimlər nadir hallarda harasa gedir.  O da xüsusi sifarişlə, tapşırıqla, master-klass dərsləri verməyə gələ bilər. Ancaq onu da deyim ki, heç də  Türkiyədən Azərbaycana gələn həkimlərin hamısı savadsız və təcrübəsiz deyil.

Turist vizası ilə gəlib işləmək qaçaqmalçılıq sayılır...

Deputat  vurğulayır ki, özəl klinikalarda çalışanların səviyyəsi təxminən bizim indiki uzman və elmlər namizədi olan həkimlərlə eynidir:

- Sadəcə, ola bilsin ki, onlar müəyyən texnologiyaları bilir.  Hansısa aparatlarla müəyyən əməliyyatları aparmaq sahəsində daha ixtisaslıdırlar. Bütövlükdə götürəndə Azərbaycana gələn bütün həkimlərlə əmək müqaviləsi bağlanmalı, rəsmi əmək və iş vizası almalı, Səhiyyə Nazirliyində mütləq qeydiyyatdan keçməlidirlər. Onların ölkəyə gəlib-getmə günü də bəlli olmalıdır. Turist vizası ilə gəlib burada işləyirlərsə, bu qaçaqçılıq sayılır.

Həkimlər arasında rəqabət güclüdür...
 

Musa Quliyev, həkimlərin tanınmasında reklamların  rolunu qeyd etməklə yanaşı, rəqabət məsələsini də qabardıb:

- Burada bir problem də var. O da pasiyentlərin reklama çox uymasıdır.  Çox geniş yayılmış xidmətlərin razılaşdırılmamış reklamlarıdır. Özəl klinikalarda qəbula gedərkən müəyyənləşdirmək lazımdır ki, bu adam Səhiyyə Nazirliyində qeydiyyatdan keçibmi? Diplomu tanınırmı? Onun burdakı fəaliyyəti leqaldır, yoxsa qeyri-leqal?!

Burada rəqabət məsələsi də var. Azərbaycandan da xarici ölkələrə üz tutan həkimlərimiz var. Ola bilsin ki, İstanbulda hansısa əməliyatına görə 5 manat verdikləri halda, Azərbaycanda həmin həkimə 10 manat verirlər. Təbii ki, səhiyyə də xidmət sahəsində biznesin bir növüdür. Həkimlər bazar tapıb gəlib burada öz əməliyyatlarını aparır.

İcbari tibbi sığorta nəyi dəyişəcək...

Komitə sədrinin müavini deyir ki, icbari tibbi sığorta xarici həkimlərin Azərbaycana gəlməsinin qarşısını alacaq:

- Azərbaycanda icbari tibbi sığorta hələ ki tam oturuşmayıb. İcbari tibbi sığorta oturuşandan sonra bizdə həmin xarici həkimlərə tələbat ciddi şəkildə azalacaq. İcbari tibbi sığortanın müqaviləsi əsasında sığorta agentliyi Azərbaycana xaricdən gələn həkimin kimliyini, səviyyəsinin necə olmasını, diplomunun yararlı-yarasız olduğunu  yoxlayacaq.

Avropa ölkələrində bu məsələyə ciddi nəzarət var. Xarici həkimlər asanlıqla qəbul olunmur. Yaxın müddətdə icbari tibbi sığorta Azərbaycanda qaydaya düşəcək. Ona görə də bu illər ərzində bu problemləri yaşamışıq. Bundan sonra yaxşı olacaq. Artıq öz mütəxəssislərimiz yetişir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft