AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Üç azyaşlı uşaqla Miçiqan Universitetində təhsil alan azərbaycanlı xanım
04/04/2019 Yazdır

Çox bacarıqlı, işgüzar xanımdır. Yorulmadan, əzmlə məqsədə doğru irəliləyir. Zarafat deyil, üç azyaşlı övladı olmasına baxmayaraq, doktoranturada təhsil alır. Yaşadığı Holland şəhərinin rəhbərliyi onu yaxşı tanıyır. Hər il bu şəhərdə keçirilən "Beynəlxalq mədəniyyət günü"ndə Azərbaycanı təqdim etmək üçün bu dəfə ona çadır da ayrılıb. Avqust ayında baş tutacaq bu tədbirə ciddi hazırlaşır. İstəyir ki, ən yaxşı mədəniyyət nümunəsi kimi, ölkəmizi təmsil edən çadır keçiriləcək müsabiqənin qalibi olsun…

Haqqında söhbət açdığım Lamiyə Şərəfxanova Kəlbəcər rayonunun Qılıçlı kəndində dünyaya gəlib. Beşinci sinfə qədər həmin kənddə oxuyub. Kəlbəcərin işğalından sonra Bakıda məskunlaşıblar. 1999-cu ildə 285 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2004-cü ildə Azərbaycan Dillər Universitetində dilşünaslıq və tərcümə ixtisası üzrə bakalavr, 2006-cı ildə isə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib.

Eyni zamanda, 2000-ci ildən 2005-ci ilədək BMT-nin "Gənc könüllülər proqramı"na qoşulub. "Qaçqın və Məcburi Köçkünlərə Dəstək Mərkəzi"ndə, eləcə də ABŞ-ın "Uşaqların xilası beynəlxalq təşkilatı"nın Azərbaycan nümayəndəliyində könüllü kimi fəaliyyət göstərib. 2005-2007-ci illərdə Açıq Cəmiyyət İnstitutunda "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"ndə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının təşkili proqramında layihə əlaqələndiricisi işləyib. Sonra bir il ABŞ-ın Alabama ştatının A&M Universitetində inkluziv təhsil üzrə magistr dərəcəsinə yiyələnib.

2009-cu ildə yenidən Bakıya, əvvəl işlədiyi "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"nə qayıdıraq, 2013-cü ilədək orada layihə rəhbəri, sonradan "Əlilliyi olan uşaqların təhsili: siyasət və münasibətin dəyişdirilməsi proqramı"nın rəhbəri vəzifəsində çalışıb. Bununla yanaşı, 2009-2016-cı illərdə Xəzər Universitetində müəllim işləyib. İngilisdilli qruplara təhsilin siyasəti, fəlsəfəsi və digər fənnlərdən dərs deyib. Təhsillə bağlı bir sıra beynəlxalq konfranslarda ölkəmizin təhsil sistemi ilə bağlı təqdimatlar və çıxışlar edib…

Atası Şəmşir Bəylərov ixtisasca mühasibdir. Uzun illər təşkilatlardan birində baş mühasib işləyib. Anası Gülzar xanım Qum adasında Neft və Qazçıxarma idarəsində çalışıb. 2016-cı ildə dünyasını dəyişib…

2014-cü ildə Təhsil Nazirliyinə baş məsləhətçi kimi işə qəbul olunub və bir il sonra Bakı Təhsil İdarəsinin təhsilin inkişafı şöbəsinə rəhbər təyin edilib. İki il orada çalışdıqdan sonra ABŞ-ın Miçiqan ştatının Holland şəhərinə köçüb. Hazırda Miçiqan Universitetində ikili dərəcə proqramında təhsil alır: Sonda Cerald Ford adına ictimai siyasət məktəbində "Təhsil siyasətinin analizi" üzrə magistr, Təhsil məktəbində isə "Liderlik, inovasiya və idarəetmə" üzrə doktorluq dərəcələrinə yiyələnəcək…

Lamiyə Şərəfxanovanın hazırda təhsil aldığı Gerald Ford adina Public Policy School dünya reytinqində 1-ci yerde qərarlaşıb.

Deyir ki, ən böyük arzusu ABŞ-ın ştatlarından birində yerli hökumətdə işə düzəlməkdir:

“Bu yolla daha böyük uğurlara imza atmaq mümkündür. Azərbaycana, eləcə də burada yaşayan soydaşlarımıza daha çox fayda vermək olar. Öyrəndiklərimi, bildiklərimi isə vətəndə tətbiq etməyə həmişə hazıram"…

Ömür-gün yoldaşı Yaşar Şərəfxanov ixtisasca elektrik mühəndisidir. Hazırda Koreyanın LG şirkətinin ABŞ-dakı filialında çalışır. Üç övladı var. Əkiz qızlar - Ləman və Fidan xanımlar, elcə də iki yaşlı Cavid bəy…

Yeri gəlmişkən, əkiz qızların oxuduğu məktəbdə VİP valideyn seçilib. Bu o deməkdir ki, bir il ərzində məktəbdə keçirilən tədbirlərdə valideynlər adından danışmaq, dərslərdə iştirak etmək hüququ qazanıb…

Bəli, həyat çox qəribədir, qarşıya qoyulan məqsəd, özünə inam, savad insanı dünyanın harasına desən aparıb çıxara bilir. Təhsil almaq, daha elmli olmaq üçün heç bir çətinlik insanın qarşısında maneə ola bilməz. 
Üç azyaşlı uşaqla qərib bir ölkədə doktoranturada təhsil alan Lamiyə xanım buna bariz nümunədir. Yaxşı deyiblər,- "Niyətin hara, mənzilin də ora"…/modern.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft