AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ukrayna yazıçısı Bakıdan yazdı...
19/06/2018 Yazdır

Bu günlərdə Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə Bakıya gəlmiş tanınmış Ukrayna yazıçıları Vladimir Danilenko və Nikolay Xomiç Vətənə qayıtdıq­dan sonra səfər təəssüratlarını ukraynalı oxucularıyla bölüşüblər. V.Danilenkonun “Bakı duyğusu” adlı yazısını oxuculara təqdim edirik.

Bakı duyğusu

Mənim “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarını Azərbaycan dilində nəşr etmiş Azərbaycan Tərcümə Mərkəzinin dəvəti ilə təqdimat mərasiminə yollandığımız dörd günlük Bakı səfəri zamanı bu Odlar yurdunun gözəlliyini bütün möhtəşəmliyi ilə hiss etdik.

Nəhəng neft və qaz yataqları, həmçinin uzaqgörən, müdrik dövlət siyasəti Sovet İttifaqının dağılmasından sonra Azərbaycanı Qafqazın lider ölkəsinə çevirib.

Müasir Bakı özündə dörd əsas istiqaməti – orta əsrlər, Rusiya imperiyası, Sovet və müstəqillik dövrü memarlığını əks etdirən firavan Avropa paytaxtı təəssü­ratı­nı yaradır.

Budur, biz daş döşənmiş dar küçələri ilə gəzişdiyimiz İçərişəhərdəyik. Evlər elə yaxındır ki, sanki buradan əlini uzatsan o birinə dəyəcək. Turistlər burada gəzməyi xoşlayırlar. Sovet dönəmində həmin bu İçərişəhərdə xeyli məşhur filmlər çəkilib.

Burada kişilər görüşərkən, şərqlilərə xas doğmalıqla öpüşüb qucaqlaşırlar, qadınlar isə əsl kübarlıq mücəssəməsidirlər.

Bakının memarlıq mədəniyyəti özündə Qərblə Şərqin vəhdətini əks edir. Müasir binalar, sanki Bakının mirvarisidir. Öz təxəyyüllərini gerçəkləşdirmək üçün burada fars əsilli Britaniya avanqardçısı Zaha Hadid, avstriyalı Frans Yants kimi, dünyanın ən tanınmış memarları çalışıblar. Heydər Əliyev adına Hava Limanının futurist silueti, ecazkar Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Bakı Kristal Zalı və s. bu kimi unikal quruluşlu tikililər insanı gözəlliyi və orijinallığı ilə valeh edir.

Kütləvi mədəniyyətdən danışarkən qeyd etməliyik ki, Türkiyənin Azərbayca­na böyük təsiri var. Bu iki ölkənin xalqı, demək olar ki, eyni dildə danışır. Odur ki, Türkiyə dövləti kimi, bu ölkənin mədəniyyəti də burada yad hesab olunmur. Onlar özlərini bir millət, iki dövlət kimi təqdim edirlər. Eyni yanaşmanın mən Kişinyovda ru­mın-moldavan vəhdətində şahidi olmuşam. Qeyd edim ki, ötən əsrin 30-cu illərinə qədər azərbaycanlıların milliyyəti pasportlarında türk kimi göstərilirdi...

...Ukraynaya – “Borispol” aeroportuna enişdən bir xeyli keçsə də, hələ də Bakı təəssüratlarından ayrılmamışam. Sərnişinləri Kiyevə aparan avtobus sürücüsü­nün “çamadanlarınızı bura qoyun” sözündən sonra harada olduğumu anlayıb, ucuz və darısqal yataqxanaya bənzəyən aeroporta, sökük asfalta, zövqsüz binalara baxıram...

Hə, deyəsən, gəlib evə çatmışıq. Kiyev Bakıdan sonra mənə çox kasıb və sönük görünür. Amma vətəni Ukraynaya qayıdan insanların gözlərindəki təbəssüm burada heç də hər şeyin itirilmədiyindən xəbər verir...

Bəli, bizim neftimiz, qazımız qalmasa da, intellektli, fəal, özünə və sabahına inamlı insanlarımız var. Və bu yeganə kapital ümid verir deyək ki, burada hələ heç də hər şey itirilməyib./aztc.gov.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft