AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Vəhid Faizpur: İranda Türkcə kitab oxuyanların sayı artmaqdadır - Foto
03/05/2016 Yazdır

Vəhid Faizpurun söylədiklərinə görə, İran Azərbaycanında Türkcə yazı və nəşr fəaliyyətləri yürüdənlərin üzləşdiyi çətinliklərə baxmayaraq, toplumda kimlik mövzusuna diqqətin artması ilə bərabər Türkcə kitablara rəğbət də artmaqdadır.

Urmiyədən Amerikanın Səsinə danışan mədəni fəal İslam İnqilabından sonra İran Azərbaycanı və Tehranda türkcə kitab nəşrinin durumu, kitabların mövzu müxtəlifliyi və oxucu kütləsinə çatdırılması haqqında danışıb.

Faizpur İranda qeyri-fars dillər və mədəniyyətlərə qarşı tətbiq edilən basqıları önə çəkərək türkcəyə diqqət yetirmədən güneydə vətəndaş cəmiyyətinin inkişafının mümkün olmayacağını deyir:

“Azərbaycan mədəni toplumu (vətəndaş cəmiyyəti) türkcəni nəzərə almadan var ola bilməz. Təəsüf ki, İranda hakim olan totalitar düşüncə və şovinist baxış hakim kültür vasitəsilə ictimai sahəni qeyri-fars millətlərə şiddətlə daraldır, başqa millətlərin dilinə, o cümlədən bizim türkcəyə nə qanuni imkanlar verir, nə təhsil və ali təhsil fursətləri.

Bu düşüncə ümumiyyətlə mədəni plüralizmi də özünə təhdid kimi görür. Buna görə də, Azərbaycan mədəni toplumu yolunu İranda fars dili əsasında qurulmuş mədəni toplumdan ayırıb.”

“Kitab mövzusunda bunu nəzərə almalıyıq ki, İranda bütünlüklə kitab məsələsi yəni kitabın istehsalı və nəşri ciddi problemlərlə qarşı qarşıyadır və mərkəziyyətçi düşüncə üzündən türkcə nəşrinin durumu daha da pisdir,” deyə urmiyəli fəal İranda bütün yazarlar və naşirlərin üzləşdiyi senzura, nəşr icazəsi prosesindəki çətinliklər, söz azadlığı məhdudiyyətləri və bu kimi çətinliklərin Azərbaycanda daha ağır şəkildə tətbiq edildiyini vurğulayır.

Faizpur həmin problemlər üzündən İranda əsasən kitab mütaliəsi səviyyəsinin çox aşağıda olduğunu deyir.

Onun dediklərinə görə, 1945-46-cı illərdə qurulmuş Azərbaycan Milli Hökümətinin devrilməsi nəticəsində ağır zərbələr alan Azərbaycan vətəndaş cəmiyyəti 1979 İslam İnqilabından sonra yaranmış atmosferdən yararlanaraq sıfırdan canlanmağa başlayıb:

“Türkcə kitab nəşri mövzusunda nəşr problemləri ilə yanaşı bir də İranda türkcə təhsil üçün qanuni şəraitin olmamasına diqqət çəkmək lazimdir... Ancaq, türkcə nəşrin İnqilabdan sonra sıfırdan başlaması və bütün basqılara baxmayaraq, fars toplumunda oxucu kütləsinin gedərək azalmasının əksinə türkcə oxuyanların sayı artır.

1945-ci ildə qurulan Azərbaycan Milli Hökümətinin şiddətlə basdırılması və türkcə kitabların yandırılması Azərbaycandakı mədəni topluma ağır xəsarətlər vurdu. Buna görə də, Azərbaycan İnqilabdan sonra yaranan fəzada sıfırdan başladı.

İnqilabdan sonrakı türkcə nəşrdə irəliləyişi açıqlasaq, ilk illərdə özəlliklə Azərbaycan Milli Höküməti dövrünü görən ziyalılar türk dilinin önəmini vurğulamağa və türkcə kitab yayımlamağa başladılar. Onlar habelə mətbuat sahəsində fəaliyyət göstərdilər... Azərbaycan ziyalısı uzun bir durğunluq dönəminin təsirlərini aradan götürmək istiqamətində ciddi səylər göstərdi... Burada Varlıq jurnalının etkisi danılmazdır...

Beləliklə, dil və qrammatika kitabları, keçmiş yazarlar və şairlərin əsərləri, sənədlər, Milli Hökümət dönəminin dərslikləri, sözlüklər və tarixi kitablar tədricən oxucuların əlinə çatmağa başladı. Ümumiyyəylə, Milli Hökümət dönəmindən qalan aydınlar türkcə çərçivəsində düşüncə inkişafı üçün lazim olan ilkin materialları topluma çatdırmağa səy göstərdilər...

Həmin səylərin davamında kitab nəşri bütün sahələrdə formalaşmağa başladı və mövzular genişləndi...”

Urmiyəli fəal həmçinin Azərbaycan vilayətləri və Tehranda türk dilində kitablar yayımlayan naşirlər haqqında məlumat verərək kitabların oxucu kütləsinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər və bu sahədə olan çətinlikləri şərh edir.

O, bütün çətinliklərə baxmayaraq kimlik məsələsinə dair qayğıların artması ilə türkcə kitablara rəğbətin də çoxaldığını qeyd edir.

Güneyli şagird ana dilində tədris hüququndan məhrum edilməsinə etiraz edir.

Güneyli şagird ana dilində tədris hüququndan məhrum edilməsinə etiraz edir.

Faizpur nəşr prosesində tətbiq edilən məhdudiyyətlər və çətinliklər haqqında Amerikanın Səsinə ətraflı məlumat verir.

“İki problem ölkənin tamamında var. Biri bu ki, hakimiyyət fəzanı istəmədiyi düşüncələrə daraldır. Kitab da düşüncə məhsuludur. İkincisi bu ki, kitab nəşri ilə əlaqədar qanunlar şəffaf deyil və bu da nəşr icazəsi almağı çətinləşdirir. Bu problemlər türkcə kitablarda daha qarşılıq bir hal alır...

Bunların yanında bir də türkcə kitablara qarşı şovinist baxış var. Naşir ya yazar gözləyir ki hansı kəlməni çıxaracaqlar. Sözləri problem edirlər, deyirlər ki, bu özgə sözüdür, Bakı dilidir, Türkiyə dilidir. İmla qaydaları və dil məsələləri üzə çıxır... Türkcəni milli birliyi pozan bir amil kimi gördükləri üçün onun qramatikasını pozmaq istəyirlər...,” deyə o əlavə edir.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft