AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Vahid geyim dəyişə bilər
02/03/2015 Yazdır

Artıq neçə ildir ki, Azərbaycanda orta məktəblərdə şagirdlərin vahid məktəbli forması tətbiq olunur. Bu təcrübə digər ölkələr kimi Azərbaycanda da çox yaxşı nəticələr verib. Həmin formaların üstündə “Bakı Tikiş Evi”nin emblemi həkk olunur. Lakin digər ölkələrin praktikasına nəzar saldıqda görərik ki, məktəbli formalarının üstündə ölkələrini təmsil edən hansısa nişanə vurulur. Azərbaycand isə hələ də bu təcrübədən istifadə olunmur.

Bununla bağlı ilk dəfə olaraq ans məsələ qaldırmışdı. Ötən il araşdırmalarımız zamanı məlum oldu ki, vahid məktəbli formalarının üstünə Azərbaycanı təbliğ edən yazı yaxud emblem vurulması problemsiz bir işdir. “Bakı Tikiş Evi”ndən bildirilir ki, vahid məktəbli formalarının üstünə Azərbaycan gerbinin, yaxud bayrağının təsvirinin vurulması geyimlərə daha da gözəllik verər. Bu iş nə vaxt aparar, nə də məhsulun qiymətinə təsir edər.

Müəssisənin qiymətləndirmə üzrə iqtisadçısı Səriyə Aslanovanın verdiyi məlumata görə, vahid formaların üstünə gerb, bayraq və s. kimi atributların vurulması yaxud, hansısa elementin əlavə olunması geyimlərin qiymətinə təsir etməz.

“Son günlər manatın dollara nisbətən ucuzlaşması bizim məhsulların qiymətinə heç bir təsir göstərmədi. Geyimlərə kiçik elementlərin artırılması nə təsir edəcək ki? 

Nazirliyin mətbuat xidmətindən ans-ə verdiyi məlumata görə, hələlik bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.

“Məktəbli formalarında dövlət atributlarının həkk olunması təhsilə aid heç bir hüquqi normativ sənəddə qeyd edilməyib. Bununla yanaşı, ayrı-ayrı məktəblər vahid formaların üstündə şagirdlərin hansı məktəbdə təhsil almalarını qeyd edirlər”, - deyə bildirilib.

Çox təəssüf ki, Azərbaycanda bu məsələyə hələ də soyuq münasibət bəslənir. Lakin digər ölkələrdə dövlətin təbliğatı elə ilk olaraq məktəbdən başlanır. Məsələn qonşu Türkiyədə məktəbli formalarının üstünə “Türkiyə Cümhuriyyəti məktəbi” kimi ifadə yazılır. Bu yazı şagirdin özünü vətəndaş və şəxsiyyət kimi hiss etməsinə böyük təsir edir. Murad Kahan adlı Türkiyə vətəndaşı deyir ki, bu səbəbdən şagirdlər özlərini lazımlı vətəndaş kimi hiss edir.

“Bizə orta məktəbdən öyrədirlər ki, biz vətəndaşıq. Bunu hiss etmək üçün məktəblərdə təbliğat aparılır. Təbliğatın əsas hissələrindən biri də, məktəbli formalarımızda Türkiyə vətəndaşı olmağımızı xatırladan sözdür. Məsələn, hansısa şagird küçədə nalayiq hərəkət edən zaman yaşlı biri ona yaxınlaşır və qolundan tutaraq, “Sən Türkiyə Cümhuriyyətinin vətəndaşısan, dövlətinin adını batırma”, - deyir və formanın üstündəki yazını öna göstərir. Bu tərbiyyə heç zaman bizim beynimizdən çıxmır”, - deyə Murad Kahan bildirib.

Bu yaxınlarda bu təcrübədən Rusiya da yararlanmağa başlayıb. Orada da. Rusiya Federasiyasının vətəndaşı olduğunu xatırladan atribut məktəblinin formasında həkk olunub. Bununla da, şagird özünü daha da məsuliyyətli hiss edir.

ANS-in qaldırdığı məsələni Azərbaycanın tanınmış ziyalıları da xoş qarşılamışdılar. Ziyalılarımız vahid məktəbli formalarına dövlətçilik nişanələrinin mütləq vurulmalı olduğunu demişdilər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar: “Əlbəttə yaxşı fikirdi. Olsa yaxşı olar. Uşaqlar arasında vətən sevgisini təbliğ edər”.

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə: “Məncə pis olmazdı. Lakin buna nəzarət olmalıdır. Keçmiş SSRİ və ya, 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyəti dövründə orta məktəblərdə şagirdlərin vahid formalarının üstündə kəmər vardı. Kəmərin üstündə xüsusi emblemlər vardı. Bundan başqa, təhsil müəssisələrində dövlətçilik təbliğ olunmalıdır”.

Bakı Dövlət Universitetinn professoru, tarix elmləri doktoru Anar İsgəndərov: “Sizinlə birmənalı olaraq razıyam. Çox gözəl təklifdir. Bunu dəstəkləyirəm. Uşaqlara elə kiçik yaşlarından vətəni təbliğ etmək, vətən sevgisini yaratmaq lazımdır. Bunu heç qərar kimi qəbul etməsələr də olar. Sadəcə məktəblərdə, siniflərdə müəllimlər, valideynlər özləri təşkil edə bilər. Lazım deyil ki, fabrikdə formaların üstünə bayraq tikilsin. Bunu valideynlər də edə bilər. Məncə qəlbində vətən sevgisi olan şəxs heç vaxt buna qarşı çıxmaz. Yenə təkrar edirəm, çox gözəl ideyadır”.

Xalq artisti Flora Kərimova: İnanırsız bu təklif ürəyimdən oldu. Çox gözəl ideyadır. Yaxşı təşəbbüsdür. Bundan başqa, gərək hər dərs başlayan vaxt şagirdlərdən Azərbaycan himni, onun sözləri, müəlliflər soruşulmalıdır. Uşaqların beynində dövlətçilik idayaları həkk olunmalıdır. Ölkəmizə aid atributları əzbər bilməlidirlər. Hansı dövlətə mənsub olmaları aşılanmalıdır. 

Psixoloq Dəyanət Rzayev: “Əlbəttə tikiş fabriki öz emblemini reklam üçün vurur. Lakin həmin formanın digər qolunamı, yaxud sinəsinə dövlətçiliyi əks etdirən hansısa nişan vurulması pis olmazdı. Bu uşaqlarda dövlətə, vətənə sevgini bir daha yada salar. Bu uşaqların psixologiyasında vətən sevgisinin dhaa möhkəm həkk olunmasına yardım edər”.

Tanınmış siyasətçi, professor Qabil Hüseynli: “Çox gözəl bir ideyadır. Türkiyədə belə bir nümunə var. Qonşu ölkənin məktəblərində formaların üzərində “Türkiyə Cümhuriyyətinin öyrəncisi” sözləri yazılıb. Yaxşı olardı ki, Azərbaycanda da bu tipli yazı yazılsın, yaxud hansısa nişanə qoyulsun. Bu həm də şagirdlərdə daha çox məsuliyyət tələb edər. Çox əla fikirdi”.

Maraqlıdır ki, təhsilimizə çəkilən bu qədər əziyyət və xərclərin müqabilində vahid məktəbli formalarına kiçik elementlərin vurulması niyə bu qədər problem yaradıb? Bəlkə bunun qarşısını alanlar var, bəlkə də ... Görünür təhsilimizdə olan bir çox problemlərlə yanaşı, bu məsələnin də həlli ortada cavabı tapılmayan bəlkələrdən asılıdır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft