AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...
18/01/2017 Yazdır

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının qarşısında quraşdırılmış kamera görüntüləri vasitəsilə onlara yol verməyən avtomobillərin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi və həmin avtomobillərə qarşı tədbirlərin görülməsi barədə təklifinə münasibət bildirib.

Trend-ə açıqlama verən V.Əsədovun sözlərinə görə, son illərdə təcili tibbi yardım maşınları çağırışa gedərkən yolda sıxlıqla qarşılaşır, ünvana vaxtında çata və nəticədə xəstəyə vaxtında yardım göstərə bilmirlər ki, bu da təəssüf hiss oyadır:

“Aparılan araşdırmalar deməyə əsas verir ki, bunlara səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və bu maşınlara yol verməməsidir. Moskvada ictimai nəqliyyat vasitələrinin ayrıca bir hərəkət zolağı var. Bu zolağa başqa avtomobillər daxil olmamalıdır. Daxil olan avtomobil isə məsuliyyətə cəlb edilir. Məhz bu sürücüləri aşkar edib məsuliyyətə cəlb etmək üçün avtobuslara kameralar quraşdırılıb.

Həmin ərazidə hərəkət edən maşının sürücüsünü avtobusda quraşdırılmış kameranın köməyi ilə aşkar edib məsuliyyətə cəlb edirlər. Mən ən azından bu praktikaya əsaslanaraq, hesab edirəm ki, təcili tibbi yardım maşınlarında kameraların quraşdırılması müsbət nəticələr əldə etməyə imkan verəcək”.

V.Əsədov qeyd edib ki, təcili tibbi yardım maşınlarına yol verməyən sürücülər barəsində indi də BŞBPİ tərəfindən protokol tərtib edilir və həmin sürücülər məsuliyyətə cəlb edilirlər. Lakin bütün sürücülər təcili yardım maşınlarına yolun verilməsinin vacib olduğunu bilsələr də, bəzən səhlənkarlıq edir, məsuliyyətdən yayınmaq istəyirlər.

V.Əsədov bildirib ki, təcili tibbi yardım maşınlarına kameraların quraşdırılması onlara yol veməyən sürücülərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müxtəlif tədbirlər görməyə və bu istiqamətdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakı şəhər Baş Polis İdarəsinə təklif göndərib.

Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən avtomobilin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi öz əksini tapıb. Stansiya hesab edir ki, sürücülərə qarşı bundan sonra görüləcək tədbirləri BŞBPİ müəyyənləşdirə bilər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft