AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Xəstə idim, əməliyyata ehtiyac var idi” - Rəsulzadənin səhhətindən şikayəti
23/12/2017 Yazdır

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə mühacirətə getməli olur. Yeni quruluş isə onun ailəsi və yaxın qohumlarını da təqib edir. 19 yaşlı oğlu Rəsul güllələnir, həyat yoldaşı, anası, qızları və körpə oğlu Qazaxıstana sürgün edilir.

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində  M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

Modern.az  Rəsulzadənin Ceyhun Hacıbəylilə yolladığı növbəti məktubu təqdim edir. Deyilənə görə, onların arasında 35 məlum məktublaşma var. Naməlumlar təbii ki, daha çoxdu. Lakin oxuculara ardıcıl olaraq təqdim etdiyimiz üçüncü məktubu o biriləri ilə bir amil birləşdirir. 

- Rəsulzadənin acı həyatı və qürbət dərdi. O, nasazdır, səhhətindən şikayətçidir. Amma ömrünün sonuna qədər bir daha görə bilməyəcəyi ailəsi üçün çox nigarandır. Yaxşısı budur, oxuyaq: Yeri gəlmişkən, bundan əvvəlki iki məktubu da saytdan oxuya bilərsiniz:

“Əzizim Ceyhun bəy! Özümü müqəssir hesab edirəm. 21 iyun tarixli məktubunuza ancaq indi cavab yaza bilirəm. Rica edirəm, bunu başqa yerə yozmayasınız. Xəstə idim. Dişim şişmişdi. Əməliyyata ehtiyac hasil oldu. Bir həftə onunla məşğul oldum. Sonra o, keçər-keçməz qulağım şiddətlə ağrımağa başladı. Beş gün də onunla əlləşdim. İndi də üç gündür qripə düçar olmuşam. Buna görə heç yerə çıxa bilmirəm.

Bu məktubu da havanın isti vaxtında qapalı otaqda yazıram. Nə isə buraya gəlib-gələli heç bir rahatlıq görmədim. Bu günə qədər mədəm belə normal olmamışdır. Parisdə olarkən iki kilo arıqladım. Buranın iqlimi bataqlıq! Əli Mərdan bəy haqqında Sizin yazdıqlarınızdan artıq elə bir məlumata malik deyiləm. Vəziyyəti, həqiqətən də, elədirsə, bu təəssüfə layiqdir. Bu gün söylədiyini iki il əvvəl söyləsəydi, haqqınız vardı.

Sizin Əli Mərdan bəylə əlaqədar olmayıb, öz müqəddaratınızı şəxsən təyin edərək, bundan sonra tam səmimiyyətlə bizimlə əməkdaşlığa hazır olduğunuz haqqındakı bəyanatınıza məmnun oldum. Bizimlə həmrəy olduğunuza təşəkkür edirəm”. (1930-cu il, 7 avqust)

Mənbələr: М.Э. Расулзаде. Сборник произведений и писем /Сост., предисл. и примеч. С. Исхаков.

Məhəmməd Əmin Rəsulzadə “Məktublar. Şəfibəyçilik”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft