AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Rəsulzadənin ev muzeyi açılmalıdır: “AXC-100”-lə bağlı TƏKLİF  •   Türkiyə prezidenti İrana gedir  •   Prezidentlərin övladları Bakıya gələcək  •   Azərbaycanda nikaha daxil olmaq istəyən 225 nəfərdə təhlükəli virus aşkar edilib  •   Nadir Qazipur: Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib  •   Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü  •   Türkiyədə dəhşətli qəza: Azərbaycanlılar öldü – Video  •   Mandatı ləğv edilmiş deputatlar: Onların deputat kreslosunu itirmələrinin səbəbləri - SİYAHI   •   Yaşar Əsədi: İranda milli fəalların sürgün edilməsi psixoloji təzyiq vasitəsidir  •   Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır  •   İran Nazirlər Kabinetinə Namizədlər Siyahısında Heç Bir Türk Yer Almadı  •   Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər almırıq”  •   Bakıda 17 uşağı gün vurub, 41 nəfər xəstəxanaya yerləşdirilib  •   İran rejiminin erməni sevgisi: Ermənilər Çaldıranda mərasimə başlayıb  •   Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza: 4 nəfər xəsarət alıb   •   Rusiya-Ermənistan birgə qoşun qüvvələrinin yaradılması haqqında saziş: Qarabağla bağlı öhdəlik   •   Türk Şurasının baş katibi qızıl medalla təltif olunub - Foto  •   Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub  •   Toğrul İsmayıl: Azərilik Sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.  •   Güney Azərbaycanda Milli Qiyamın 11-ci ildönümüdür - VİDEO  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR
25/10/2016 Yazdır

“Vergilər Nazirliyi tərəfindən təqdim olunmuş siyahıya əsasən,  2004-2015-ci illər ərzində ölkəmizdə xarici investisiyalı 6812 şirkət qeydiyyatdan keçib. Bunlar ticarət, xidmət, tikinti, sənaye, nəqliyyat, bank və sığorta, rabitə, kənd təsərrüfatı və digər sahələri əhatə edir”.

Bu haqda Modern.az-ın sorğusuna cavabında İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev məlumat verib.

Aparat rəhbəri xarici şirkətlərin Azərbaycanda fəaliyyəti üçün tətbiq edilən güzəştlərlə bağlı bildirib ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir:

“Ölkəmizdə biznes qeydiyyatı sistemi sadələşdirilib, sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilib, sahibkarların vergi yükü azaldılıb, onların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb və əlverişli biznes mühiti formalaşdırılıb.

Qeyd edim ki, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli hüquqi rejim yaradılıb. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51, investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 48 ölkə ilə sazişlər imzalanıb. Bununla belə, qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində işlər bu gün də davam etdirilir”.

S.Vəliyev bildirib ki, xarici investisiya qoyuluşunu dəstəkləmək, sahibkarlığı daha da inkişaf etdirmək məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığa Kömək Milli Fondu yaradılıb:

“Yerli və xarici sahibkarlara müxtəlif biznes xidmətlərinin göstərilməsi, iş adamlarının işgüzar əlaqələrinin genişləndirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sahəsində müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, həmçinin yerli sahibkarlara güzəştli kreditlərin verilməsi baxımından bu qurumlar uğurla fəaliyyət göstərirlər.

Ölkəmizin biznes investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib.

Eyni zamanda, müəyyən edilmiş prioritet iqtisadi fəaliyyət sahələri üzrə istehsal fəaliyyəti həyata keçirən sahibkarlıq subyektlərinin “İnvestisiya təşviqi sənədi” əsasında 7 il müddətində əldə etdikləri texnika və avadanlıqlara görə gömrük rüsumuna, əlavə dəyər, torpaq və əmlak vergilərinə 100%, eləcə də, gəlir və mənfəət vergisinə 50% güzəşt tətbiq edilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik olunub”.

S.Vəliyevin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə lisenziyalaşdırma sahəsində ciddi islahatlar aparılıb:

“Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı ciddi nisbətdə azaldılıb, lisenziyaların müddət məhdudiyyəti aradan qaldırılıb və lisenziyaların rüsumları ortalama olaraq 2 dəfə aşağı salınıb. Lisenziyaların verilmə müddəti əhəmiyyətli dərəcədə azaldılıb və sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Ölkəmizin tranzit və logistik imkanlarından səmərəli istifadə edilməsi məqsədilə bu sahədə zəruri islahatlar aparılmış tranzit yükdaşımaların tənzimlənməsi ilə əlaqədar Koordinasiya Şurası təsis edilib və yükdaşımalar üzrə tariflər azaldılaraq, ölkənin tranzit yükdaşıma qabiliyyətinin artırılması üçün münbit zəmin yaradılıb.

Aparılan uğurlu iqtisadi islahatlar fonunda Azərbaycan Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir”.

Nazirlik rəsmisi bildirib ki, ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır: 

“Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli olmaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir.

Əlavə olaraq, sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılır, burada səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, xüsusilə ciddi güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur.

Həmçinin, ölkəmizdə sənaye sahəsinin inkişafı, sənaye məhsullarının istehsalının artırılması, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafını təmin edilməsi məqsədilə yaradılmış sənaye parklarında əlverişli investisiya mühitinin təmin edilməsi üçün investorlara bir sıra güzəştlərin tətbiqi ilə əlaqədar vergi məcəlləsində müvafiq dəyişikliklər aparılıb. 

Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə müvafiq olaraq sənaye və texnologiyalar parklarının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilir.

Habelə rezidentlər əmlak, torpaq, mənfəətvergisindən, əlavə olaraq idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Hazırda vergiləri ödədikdən sonra investorlara mənfəətin repatriasiyası imkanına da təminat verilir.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi də sahibkarlar üçün geniş imkan yaradır, həmçinin ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından çox əhəmiyyətlidir. Belə ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.

Bütün bu imtiyaz və islahatlar həm daxili, həm də xarici mənbələr hesabına ölkəmizə ciddi investisiya axınlarının cəlb edilməsinə şərait yaratmış olacaq. Eyni zamanda ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması yaxın gələcəkdə istehsalın səmərəliliyinin yüksəldilməsinə, istehsalın genişlənməsinə, yeni müəssisələrin yaradılmasına və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əmtəə istehsalının həyata keçirilməsinə gətirib çıxaracaq”.


+ Benzer Haberler
» Azərbaycan neft hasilatını 9,5% azaldıb
» Martın 10-na manatın dollara nisbətdə orta çəkili məzənnəsi
» SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib
» “İpoteka kreditinin verilməsi bərpa olunacaq”
» Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
» BP: Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yaranacaq
» Mobil telefon idxalında say məhdudiyyəti ləğv oluna bilər
» Dollar və manatın bugünkü məzənnəsi
» Bakıda evlərin qiyməti qalxmağa başladı
» Qeydiyyatdan keçməmiş dərmanları satanlar yüksək məbləğdə cərimələnəcək
» Prezident: “Yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”
» Oktyabrın 11-dən “Bank Standard”ın qorunan əmanətçilərinə kompensasiyanın verilməsinə başlanacaq
» Azərbaycanda dollarlaşma 80 faizi keçib
» Azərbaycanda bir neçə iş adamına ölkədən çıxmaq qadağan olundu
» Mərkəzi Bankın dövlət təşkilatlarına verdiyi 500 mln. manatın vaxtı keçib
» Neft bazarının durumu və bölgədə enerji rəqabəti
» Prezident iqtisadi amnistiya elan etdi
» Tarif Şurası: Tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq
» Mərkəzi Bank tərəfindən banklara hansı növ kreditlərin hansı şərtlərlə veriləcəyi açıqlanıb
» ABŞ Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdə maraqlıdır


 
Hava Vəziyyəti
19-08-17
 Bakı
+22C /+31C  
 Gəncə
+22C /+33C  
 Naxçıvan
+21C /+30C 
 Şuşa
+24C /+32C 
Məzənnələr
 USD :  1.7008
 EUR :  1.9963
 GBP :  2.1926
 TRY :  0.4822
 EUR/USD :  1.1737
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-DƏN BÖYÜK RƏQƏM VARMI?
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Ermenistan’da Etnik Hoşgörüsüzlük ve Yezidilerin Durumu
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Elmin və Pulun Tərəzisidəki Çəkisi
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Sovyetler Sonrası Azerbaycan – Ermenistan İlişkileri Ve Rusya Faktörü
Selçuk DÜZGÜN
"İslam Birliği" Konferansı Üzerine
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİEV
Azerbaijan-Turkey relationship passed the 2015 exam
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft