AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Xocalı dəhşəti: Məhv edilmiş 8 ailə + Foto
22/02/2018 Yazdır

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda qətlə yetirilmiş həmin 8 ailənin yaxınları ilə əlaqə saxlayıb.  

“Qətl edilmiş 8 ailə”dən daha biri – Əliyevlər ailəsindən bəhs edirik.

Müsahibimiz Xocalı sakini Vərziyar Əliyeva bir gecədə bacısı və onunu ailəsini, atası və həyat yoldaşını itirib.

Dəhşətli qətliam gecəsi Vərziyar Əliyevanın bacısı Heyran Əliyeva, onun həyat yoldaşı Firdovsi Əliyev, oğlanları, Elçin və Elgiz Əliyevlər məhv ediliblər. Vərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfəz Əliyev şəhid olublar.

Sağ qalan Vərziyar Əliyeva  acı xatirələrini Modern.az-la bölüşüb.

“Guya Ağdama ona görə gəlmişdik ki...”

“Hər il Xocalı faciəsinin ildönümü yaxınlaşanda əlim-ayağım quruyur. O dəhşətli günlər gözümün qabağında canlanır, titrətmə tutur məni. Eyni gündə itirdiklərimin acısını yaşayıram. Həmin vaxtlar Xocalı mühasirədə idi. Biz xocalılar da “üzük qaşı” kimi əhatəyə alınmışdıq. Amma mən Xocalı soyqırımı gecəsi orda olmadım. Bir neçə həftə əvvəl Xocalıya vertolyot gəlmişdi. Yoldaşımın əmisi qaça-qaça gəlib dedi ki, “vertolyot gəlib. Tez olun gedib minin vertolyota”.

Həmin vaxt həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanında Əlif Hacıyevin yanında işləyirdi. Amma həyat yoldaşım bizimlə gəlmədi. O, Xocalını qoyub çıxa bilməzdi. Birtəhər vertolyota minib Ağdama gəldik. Orada yataqxanada qalmalı olduq. Guya Ağdama ona görə gəlmişdik ki, ara sakitləşsin yenidən evimizə, elimizə çıxıb gedək. Heç demə, qabaqda bizi dəhşətli faciə gözləyirmiş. Biz də o faciədən xəbərsiz idik”.

“Anam Heyran deyə-deyə dünyadan köçdü”

Xocalı şahidi bacısıgilin ailəsinin başına gətirilənlərdən ürək ağrısı ilə danışır.

“Bacım Heyranın ailəsi həmin gecə Xocalıda idi. Biz əslən Xocalıdanıq. Ata-anamız da Xocalıda doğulub. Bacım Heyran uşaq bağçasında mühasib vəzifəsində çalışırdı. Yeznəmiz Firdovsi Xocalıda maşın qarajında mexanik işləyirdi. Faciə gecəsi bacımın ailəsi məhv oldu. Sonradan şahidlər mənə danışmışdı ki, onlar da digər əliyalın insanlar kimi eyni yerə 3 dəfə gedib-qayıtmışdılar. Başlarını itirmişdilər. Bacımın böyük oğlu faciə gecəsi donmuşdu. Bacımın özü və ailəsi barədə heç bir xəbər ala bilmədik. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik.

Hadisələrdən sonra “Qırmızı Xaç Komitəsi”nə, 11 dövlətə müraciət ünvanladım ki, bəlkə bacımgildən bir xəbər ala bildim. Təəssüf ki, bir xəbər çıxmadı. Hətta, jurnalist Xoşqədəm Hidayətqızının verilişinə də müraciət etdim. Yenə bir xəbər çıxmadı. Anam yazıq Heyran deyə-deyə dünyadan köçdü. Bacımın bir oğlu yadigar qalıb. Adi Mehdidir. Bircə təsəllim odur”.

“Şahidlər deyirlər ki...”

Vərziyar xanım deyir ki, atası o gecə kürəyindən güllə yarası alıb:

“Atam Xocalıda ovçu kimi tanınırdı. Xocalıda özünümüdafiə batalyonunun üzvü idi. 57 yaşı olmasına baxmayaraq, o postda olanda həmin gecə bütün Xocalılar rahat olurdu. Atam elə bir ovçu idi ki, onun əlindən bir quş belə uça bilməzdi. Hədəfi dəqiq nişan alırdı. Ona “Koroğlu Mürşüd” deyirdilər. Atama silahı indiki deputat Elman Məmmədov vermişdi. Daha doğrusu, atam döyüşmək üçün silah istəyəndə Elman müəllim ona beşatılan silahı vermişdi.

Faciə gecəsi ermənilər Xocalıya hücum edərkən atam kürəyindən güllə yarası almışdı. Atamın yanında olanlar deyir ki, güllə Mürşüd kişiyə dəyəndə  “Bahoo, güllə nə pis yerimdən dəydi” deyib canını tapşırmışdı”.

“Biz Xocalıya qayıdan gün xoşbəxt ola bilərik”

Vərziyar xanım həyat yoldaşından da söz açıb.

“Həyat yoldaşım Əbülfət Xocalı hava limanında çalışırdı.  Əlif Hacıyevlə birgə Şuşaya, Xankəndinə, Əsgərana gedib-gəlirdilər.  4 il polis işləyib. Hər gün döyüşlərdə olurdu. Ev üzü görmürdü. Günü səngərlərdə keçirdi.  Faciə gecəsi həyəcan siqnalı veriləndə Əlif Hacıyevlə birgə Xocalı aeroportunu partlatmışdılar. Qanlı döyüşlərdə Əbülfət çiyin, bud nahiyəsindən vurulmuşdu. Şahidlərin sözlərinə görə, Əbülfət o qanlı gecədə neçə-neçə qadını, qızı belində Xocalıdan çıxarıb.

Fevralın 27-də atamın meyitini Ağdama gətirdilər. Yoldaşım isə yaralı olduğu üçün Ağdam xəstəxanasında müalicə alırdı. Amma yarası dərin olduğundan elə xəstəxanada keçindi. 1992-ci ilin martında isə Əlif Hacıyevin meyiti gətirilmişdi.

Danışdıqca, o günlərə qayıtmalı oluram, belədə də içim qan ağlayır. Atamın, həyat yoldaşımın heç olmasa meyiti əlimizə gəldi. Amma bacımgildən heç bir xəbər gəlmədi. Hələ də gözlərim onları axtarır. Düşünürəm ki, bəlkə bir xoş xəbər eşitdim. Vallah elimizdən-yurdumuzdan didərgin düşmək bizə xoş deyil. Öz torpaqlarımıza qayıtmaq istəyirik.

Buralarda yaşamaq bizə asan deyil. İnsan öz evindən , elindən, obasından, torpağından uzaqda necə xoşbəxt yaşaya bilər?!. Biz o torpaqlara qayıdan gün xoşbəxt ola bilərik. Başqa cür mümkün deyil”.

 
 
 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft