"Son 4 ildə İraq və Suriyadan 365 nəfər ölkəmizə repatriasiya olunub".
Modern.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev "Sosial saat" verilişində məlumat verib.
F. Ağayev bildirib ki, həmin şəxslərdən 345 nəfər uşaq, 20 nəfər isə qadındır:
"Onların reabilitasiyası davam edir. Xüsusilə repatriasiya olunmuş uşaqlarla bağlı UNİCEF-lə birgə yeni layihəyə başlanılıb. 4 ay müddətində davam edəcək proses əvvəl Bakı, Sumqayıt və Abşeronu əhatə edəcək. Uğurlu olarsa, digər rayonlarımızda da layihənin icrasına davam edəcəyik".