Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Aylin Ələkbərli dizayn üzrə dünyanın 1 nömrəli universitetinə qəbul olunub.

Modern.az xəbər verir ki, Aylin Ələkbərli incəsənət sahəsində dizayn üzrə məşhur (ümumi reytinqdə 9-cu yer) ABŞ-ın Yale Universitetinin magistratura pilləsinə tam təqaüdlə qəbul alıb.

Qeyd edək ki, bir neçə gün öncə UFAZ-ın daha bir tələbəsi ABŞ-ın nüfuzlu ali məktəblərinə qəbul olmuşdu.