15 iyul 2013-də Moskvada Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayevin təşəbbüsü ilə Milli Şuranın sədri, Milli Şuradan prezident seçkilərinə vahid namizəd Rüstəm İbrahimbəyovla Rusiyada, Avropada və Türkiyədə fəaliyyət göstərən təşkilatlar birliyinin görüşü keçirilib. Görüşdə Rüstəm müəllim təşkilat nümayəndələrinin suallarına  ətraflı cavab verib. FaktXəbər-in məlumatına görə, görüşdə iştirak edən təşkilatların sədrləri Milli Şuranı dəstəkləmək və ona lazım olan hər bir köməyi  əsirgəməməyi bildiriblər.  Sonda təşkilatlar birliyinin Milli Şüraya müraciəti imzalanıb.

Hörmətli həmvətənlər!
Son 20 ildə Azərbaycanda avtoritar rejiminin fəaliyyəti nəticəsində kölə halına düşmüş xalqımızın bu fəlakətdən xilas olması uğrunda mübarizəyə qoşularaq Rusiyada, Avropada və Türkiyədə fəaliyyət göstərən təşkilatlarin birliyi aşağıdakı qərara gəlir:

1) “MİLLİ ŞURA”nın qərarlarına hörmətlə yanaşaraq, hər bir halda Demokratik Qüvvələrin Milii Şurasıni(MŞ) dəstəkləyirik;
2) MŞ-nın üzvləri arasındakı gedən müzakirələr və qərarlar konsensus formasında qəbul olunmalı və  Xalqa birmənalı şəkildə siqnallar verilməlidir;
3) President seçkilrinə MŞ-dan namizədin irəli sürülməsi Şüranın səlahiyətindədir və biz o qərarın həyata keçirilməsi üğründa əlimizdən gələni əsirgəməməliyik;
4) Aktiv şəkildə (hər həftə) konfrans keçirməli və onun tezisləri, vidosu KİV-lə yayılmalıdır;
5) Azərbaycanın Rusiya Federasiyasının, Avropanın və Türkiyyənin səfirlikləri qarşısında avtorizmə qarşı etiraz mitinqləri keçirərək, MŞ-nın məqsəd və vəzifələri bu ölkələrdə yaşayan həmvətənlilərimizə çatdırılmalıdır;
6) Azərbaycanı avtoritar rejimindən xilas edə biləcək zəruri və kafi şərt - çoxsaylı  mitinqlərin keçirilməsidir. Mitinqlərin kütləvi forma alması üçün MŞ-ya hərtərəfli kömək edilməlidir;
7) MŞ-nın məqsəd-məramını həyata keçirmək üçün demokratiyanin məqbul hesab etdiyi bütün variantlardan istifadə edilməlidir;
8) MŞ ya ədalətli seçki mühitini yaratmali,ya da  seçkidən öncəki və ya sonrakı inqilab xarakterli Xalq etirazlarının konstitusiya çərçivəsində qacilmaz olduğunu Millətə, Iqtidara və Demokratik dunyaya elan etməlidir;
9) Rusiyada, Avropanda və Türkiyədə yaşayan və səsvermə hüduduna malik olan azərbaycanlıların seçki  ərəfəsində vətənə qayıtmasına və yaxud bu ölkələrdə seçki məntəqələrində səsvermə prosesini təmin edilməsinə şərait yaradılmalıdır.  

Avropa Azərbaycanlılar Millət Birlik Şurasının sədri Qabil Rzayev;
“Oguznews” agentliyinin sədri Çingiz Dadaşov;
Xalqın Səsi Hərakatının sədri Məmməd Quliyev;
ROO Talış Diasporunun sədri İsmail Şabanov;
İctimai xadim Qabil Məmmədov;
AAMBŞ-nın Rusiya təşkilatının sədri Qalib Hüseynov;
Beynəlxalq Haqq və Ədalət assosiyasının Rusiya təmsilçiliyinin sədri Ədalət Zeynalov;
Azsaylı müsəlman xalqlarının təmsilçisi Rafik Lianid İlyasoviç;
Yeni Sabah təşkilatının sədri İlqar Alıyev;
Moskva azərbaycanlıları cəmiyyətinin sədri Oktay Hüseynov;
Moskva vilayəti azərbaycanlılarının mədəni  muxtariyyat təşkilatı sədri Ziyəddin Qulubəyli;
Beynəlxalq Haqq və Ədalət təşkilatının Türkiyə təmsilçiliyi sədri Hasan Toku.