Bu gün səhər saat 10:46 radələrində Nizami rayonu ərazisində baş verən ağır yol qəzası zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2 nəfərə yerində ilkin yardım göstərilib.

Digər 3 yaralı, 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Cəfərr Balabəyov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, sürücülər ötmə əməliyyatını düzgün yerinə yetirməyiblər. Hadisənin dəqiq səbəbləri araşdırılır.