“Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır”.

ANS-in məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. Millət vəklili Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklər tərəfindən cəzalandırılmadığını bildirib. 

Millət vəkili deyib ki, 2013-cü ildə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin institutlarında müəyyən qanun pozuntularına rast gəlinib: “Bu gün yeni layihələrə 1 milyarda dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesblama Palatası nəzarət etsin. 

Vahid Əhmədov satınalma ilə bağlı yeni təklif də irəli sürüb: “Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir. Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm və səs verirəm”.