Avstriyanın paytaxtı Vyanadakı ailələrinə “Suriyaya gedirik. Cənnətdə görüşərik” deyə bir vida məktubu yazaraq cihada gedən Samra ilə Sabinə adlı iki qız, bir internet səhifəsində silahlı fotoşəkillərini paylaşıb.

 Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, 15 və 16 yaşındakı Bosniya əslli iki qız internet səhifəsində “Ölümdən qorxmuruq. Ölüm bizim hədəfimiz. Allah məni çağırana qədər Vyanada yaşadım və mən bu çağırışa uyğun gələrək, qürur üçün yola çıxdım. Biz sizin təsəvvür edə bilməyəcəyiniz qədər yaxşı evlərdə yaşayırıq. Evləndik. Hər şey var burada. Biz qürurumuzla yaşayırıq”, - deyə yazıblar.

 Interpol indi Türkiyə üzərindən Suriyaya gedən 15 və 16 yaşlarındakı iki qızın axtarışına başlayıb. Aprelin 10-da Vyanadan İstanbula uçan iki qıza, Suriyaya cihada getmək fikrini kimin söylədiyi isə hələ ki bilinmir.