Aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimində xoşagəlməz hadisə baş verib. 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yas mərasimində 11 nəfər kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.

Digər məlumata görə, aprelin 22-də Bərdə şəhəri Bakı küçəsində yerləşən “Bazar Store” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.