“Dəfələrlə qeyd edilib ki, Dağlıq Qarabağ ərazisində ermənilər tərəfindən heç bir ideya məqsəd və səbəbsiz ortaya atılmır”

Bu sözləri Newaze.coma- politoloq Arzu Nağıyev Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən aparılan tikinti işləri ilə bağlı sualımızı şərh edərkən deyib.

“Məhz belə bir vaxtda, yəni Dağlıq Qarabağ ətrafında sülh və müxtəlif ikitərfli danışıqların gərginlik ərəfəsində bu “quruculuq “ işləri boş yerə qabardılmır.

Bildiyimiz kimi 2012-ci ilin sonlarından başlayaraq Dağlıq Qarabağ, daha doğrusu, Kəlbəcərin işğal altında olan Vəng kəndində Suvorov və Mədətov adına hərbi məktəbin tikilməsi haqqında məlumatlar verilməkdədir. O vaxt bu məlumatlar Ermənistanda prezident seçkiləri ərəfəsində Sarkisyanın təbliğatına nəzərdə tutulmuş bir sensasiyalı açıqlama idi. Tikinti işləri Moskvada yaşayan erməni əsilli biznesmenin şəxsi vəsaiti hesabına aparılırdı.

Son vaxtlar Zəngilan və digər işğal altında olan rayonlarda primitiv üsullarla kiçik miqyaslı sosial obyektlərin inşası haqqında məlumatlar da dolaşmaqdadır. Görünən tərəf tikinti işləri olsa da bu işlər əsasən separatçıların öz şəxsi təbliğatı üçün nəzərdə tutulur və bununla bağlı şoular təşkil edilir.

Əlbəttə, işğal olunmuş ərazilərdə aparılan tikinti işləri haqqında məlumatlar sülhə nail olmaq missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi zərbə vurur və çox güman ki, qrup tərəfindən öz layiqli qiymətini almalı və müvafiq qərarlar qəbul edilməlidir”.

Elnur Eltürk