Ermənistanda uydurma “soyqırım”ın “ildönümü” qeyd olunur.

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bu münasibət ilə İrəvanda təşkil edilmiş yürüş zamanı Türkiyə bayrağı yandırılıb.

Onun iştirakçıları Ermənistan prezidentinin iqamətgahına gələrək dövlət başçısına Ermənistan-Türkiyə protokollarından Ermənistanın imzalarını geri götürməyə tələb ediblər. Yürüşdə təxminən 10 min adam iştirak edib.

 

Xatırladaq ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.