Türkiyə əsgərləri Suriyaya girib. Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın Suriya ərazisinə daxil olmasına dair foto şəkil Twitter sosial şəbəkəsində paylaşılıb.

ANS-in məlumatına görə, Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Hulusi Akar xəbəri təsdiqləyib. O, bildirib ki, Türkiyə əsgərləri Suriyadakı “Süleyman Şah türbəsi”nə doğru irəliləyir. 

Ordu generalı əlavə edib ki, Türkiyə hərbçiləri “Süleyman Şah türbəsi”ndə fövqəladə vəziyyət yarandığı üçün əraziyə göndərilmir. Onun sözlərinə görə hərbçilərin əraziyə göndərilməsi planlı bir fəaliyyətin nəticəsidir.