Ekologiya və Təbii Sərvətlər Nazirliyi İlusuda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 24 iyulda axşam saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. 

Dərhal əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşları cəlb ediliblər. 

Onların birgə səyləri nəticəsində gecə saat 03:30 radələrində yanğının qarşısı tam alınaraq Qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahələrindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib./ans/