Şəmkirdə qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.

E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir./apa/