Azərbaycan vergidən yayınan daha iki nəfəri beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumata görə, 51 yaşlı Sergey Slobodin və 47 yaşlı Ruslan Çobanov Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə təqsirləndirilirlər.

Hər iki şəxs Azərbaycandan qaçıb, onların saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda dövlətlərarası axtarış tədbirləri davam etdirilir./apa/