Türkiyənin məşhur pop ifaçısı, Azərbaycanda konsert verməyə hazırlaşan müğənninin evi soyulub.

Qarətçilər bu dəfə Demet Akalına zərbə vurublar. 

Müğənni evindən nə qədər aparıldığını açıqlamayıb.

O, sosial şəbəkədən oğrulara od püskürüb. Akalın onun evindən oğurlanan pullarla qarətçilərin Marmarisdə əyləncə məkanı açdığını iddia edib. 

Bununla kifayətlənməyərək onların hətta ona iş təklifi də etdiyini deyib. 

"Evimdən oğurlanan pullarla Marmarisdə əyləncə məkanı açan çoxbilmişlər rol dəyişdirib məni konsertə çağırırlar! Allah bəlanızı versin bu mübarək gündə!...Mənim alın tərimi oğurladığın üçün hər damlası irin qan olsun. Sürüm-sürüm sürünün. O, biri dünyada yatmağa yeriniz yoxdur"./ans/