Qazaxıstanın Aktöbe şəhərinin ictimaı fəalları şəhərdə olan Mirzoyan küçəsinin adının dəyişdirilməsi və onun şəhərdəki heykəlinin götürülməsi tələbi ilə mitinq keçiriblər.

İctimai fəallar əvvəlcə mitinqi Levon Mirzoyanın heykəlinin qarşısında keçirmək istəsələr də, bunun qarşısı alınıb. Onlar Aktobe şəhərinin 15-20 kilometirliyində yerləşən Kenes Nokin kəndində həyata keçiriblər. 

Modern.az xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı məlumat verib. 

“1933-1938-ci illərdə Qazaxıstana rəhbərlik etmiş bu türk millətinin cəlladının törətdiyi qətllər, qazax xalqının ziyalılarını məhv etməsi haqqında faktları mitinqə gələnlərin diqqətinə bir daha çatdırıblar. Mitinqin təşkilatçılarından olan fəal Baktigül Kanatov deyib ki, onlarin bir məcrada dayanmaq fikirləri yoxdur, Mirzoyanın adının qazax xalqının şərəfli tarixindən silinib, qazax xalqının düşməni kimi tarixdə qalması üçün əllərindən gələni edəcəklər.

Mirzoyanın heykəllərinin və adının Qazaxıstanın şəhər və əyalətlərindən yığılmasına həsr olunmuş mitinq tədbirdə ictimai təşkilatların fəalları, tarixçilər, sosioloqlar və şəhərin vətəndaşları iştirak ediblər. Tədbirə şəhər və vilayətin icra nümayəndələri də dəvət olunsalar da, gəlməyiblər”-deyə A.Eyvazova qeyd edib.

A.Eyvazovanın sözlərinə görə, mitinqsə iştirak edən tarixçi alim Ayşuak Darmenolı deyib ki, Mirzoyanın imzası və fətvası ilə 25 min insan güllələnib, 110 min qazax vətəndaşı repressiyaya məruz qalıb. 

Xatırladaq ki, təxminən 1 ay əvvəl Astana şəhərindəki ən böyük prospektlərdən birindən Levon Mirzoyanın adı götürüb, Qazaxıstanın ilk akademiki Kuanış Satbayevin adını veriblər.