İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi  erməni  mətbuatına açıqlama verərək  İran-Ermənistan münasibətlərinin prespektivindən danışıb. 
 
Avropa.info xəbər verir ki, səfir Ermənistanla İranın hər zaman yaxşı münasibətlərinin olduğunu bildirib:
 
“Ermənistan müstəqillik qazandıqdan sonra İranla münasibətlər qurmağa başlayıb.  Hazırda bizim Ermənistanla həm siyasi, həm də iqtisadi münasibətlərimiz mövcuddur. İran hökuməti hazırda Mehridə Ermənistanın inşa etdiyi yüsksək ötürücülü elektrik stansiyasını maliyələşdirir.
 
Mən hazırda İran və Ermənistan arasında olan ticarət dövriyyəsindən tam razı deyiləm, biz indikindən 3 dəfə artıq ticari əlaqəlar yarada bilərik. İran və Ermənistan Azad İqtisadi Zona yaratmalıdı məhz bundan sonra bizim iqtisadi münasibətlərimiz daha da inkişaf edə bilər."
 
Səfir İran və Ermənistan arasında dəmir yolu xəttinin açılması prespektivindən də danışıb:
 
“Bildiyimiz kimi İran  dəmir yolu xətti Ermənistan sərhəddinin 60 km-də yerləşir Ermənistan əgər öz ərazisində sərhədə doğru dəmir yolunun inşasına başlasa, biz də dəmir yolu xəttimizi Ermənistan sərhəddinə doğru irəlilədəcəyik.”
 
Səfir Qarabağ problemi haqda danışaraq bildirib ki, İran bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasını istəyir."