Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK-nin Dağlıq Qarabağdakı ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi tanınmış adamın dəfn olunması barədə məlumatlandırılıb.

BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.