Xəbər verildiyi ki, iyulun 26-da Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində diversiya-kəşfiyyat qrupunun zərərzisləşdirilməsi zamanı 20 yaşlı Xaçatur Badasyan öldürülüb.

 Atışma zamanı daha iki erməni hərbçisi yaralanıb. Qeyd edək ki, bu haqda Ermənistanın müdafiə naziri Seyran Ohanyan açıqlama verib. Lakin Ohanyan yaralı əsgərlərin kimlər olduğunu deməyib.

Buradan belə nəticəyə gəlmək olur ki, əslində cəbhədə təxribat törətmək niyyətində olan düşmən daha çox itki verib və müdafiə naziri bunu ictimaiyyətdən gizlətmək niyyətindədir./modern.az/