Türkmənistan Xarici İşlər Nazirliyində (XİN) Əfqanıstan XİN-in İqtisadi Əlaqələr İdarəsinin baş direktoru Vahidullah Veysinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan tranzit-nəqliyyat dəhlizinin yaradılması daxil olmaqla, konkret iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin iki ölkə arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl Türkmənistanın Bakı-Tbilisi-Qars dəmiryolunun yaradılması layihəsinə qoşulmaqda maraqlı olduğu bildirilirdi. Bu barədə 2013-cü il 29-31 may tarixlərində Aşqabadda səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül və Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanmış birgə bəyanatında qeyd olunub./trend/