Heydər Əliyev Mərkəzində baş verən yanğının səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:

"Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb.