Xəbər verildiyi kimi, bu yaxınlarda İsmayıllı rayonundan olan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə Çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb.

Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.