Azərbaycan-Gürcüstan sərhədində 5 kilometr uzunluğunda avtomobil tıxacı yaranıb.

ANS-in məlumatına görə, sərhəddə tıxac artıq 4 gündür ki, davam edir.

Bəzi avtomobillərin hətta 2 gündür ki, tıxacda qaldığı bildirilir.

Gürcüstan mətbuatının yazdığına görə, Rusiya-Gürcüstan sərhədində avtomobil yolu baş vermiş torpaq sürüşməsi səbəbindən bağlanıb. Gürcüstandan Rusiyaya getmək isytəyənlər məcbur olub Azərbaycan ərazisindən istifadə edirlər. 

Belə ki, həmin şəxslər Tiflis-Rustavi-Gəncə-Bakı-Maxaçqala-Qroznı-Vladiqafqaz marşurut yolundan istifadə edirlər. Bunun isə Azərbaycan-Gürcüstan sərhədində tıxaca səbəb olduğu bildirilir.

Gürcüstan-Rusiya sərhədinin hələ 10 günə yaxın bağlı olacağı bildirilir.