ABŞ dövlət katibi Con Kerri Ermənistana səfər etmək niyyətində olduğunu bildirib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi açıqlama yayıb.

“Dövlət katibi Kerri Ermənistana səfər etmək istəyir, lakin səfərin tarixi hələlik məlum deyil”, - deyə səfirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza iki gün əvvəl bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri şəxsən iştirak etməlidir./ans/