Son illərdə ölkəmizin yollarında qadın sürücülərin sayı nəzərəçarpacaq dərəcədə artıb. 

Modern.az ölkədə sürücülük vəsiqəsi almış qadınların ümumi sayı ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərib.

Komitənin verdiyi məlumata görə, 2009-cu ildən bəri ölkəmizdə 36 min 338 qadın sürücülük vəsiqəsi alıb.

O cümlədən 2009-cu ildə – 5666, 2010-cu ildə – 5650, 2011-ci ildə – 6445, 2012-ci ildə – 7411, nəhayət, 2013-cü ildə – 11166 zərif cins nümayəndəsi nəqliyyat vasitələrini idarəetmə hüququ qazanıb.