“Rauf Mirqədirovun bu işlə bağlı saxlanılan digər şəxslərlə üzləşdirilməsi istintaqın işidir. Məndə olan məlumata görə, belə bir proses hələ baş tutmayıb”.

Bu barədə Modern.az-a jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verdi.

Vəkil həmçinin günün ikinci yarısında müvəkkilinə baş çəkəcəyini də açıqladı.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Bu məsələylə bağlı hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da saxlanılıb.