Sentyabrın 18-də səhər saatlarında ermənilərin işğal etdiyi Dağlıq Qarabağdakı hərbi postlardan birində keşik çəkən 24 yaşlı əsgər Mqer Akopyan aldığı güllə yarası nəticəsində ölüb. 
 

Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi” əsgərin Azərbaycan ordusunun snayperinin vurduğunu iddia edib. 

Qeyd edək ki, Ermənistan tərəfi bəzən ordudakı dərəbəyliyi gizlətmək üçün baş verən bu cür insidentlərdə Azərbaycan tərəfini günahlandırır. Sonradan məlum olur ki, erməni əsgər ya özü özünü vurub, ya da hərbçi yoldaşı güllələyib./modern.az/