Paytaxtda rəqs edənlərin sayı artır.
 
Son vaxtlar paytaxt küçələrində insanların akrobatik hərəkətlər və ya rəqs etmələrinə tez-tez rast gəlinir.
 
Növbəti belə bir hadisə, Bakının Tarqovı kimi tanınan ərazisində baş verib. 
 
Belə ki, xanım ətrafda gəzişən insanlara məhəl qoymadan rəqs etməyə başlayıb.
 
Edilən hərəkətlər mürəkkəb olmasa da, hər halda professional şəkildə yerinə yetirilir. Maraqlısı isə ondadır ki, ətrafdan keçənlər xanımın rəqs etməsinə heç fikir vermədən yollarına davam edirlər.
 
Hər halda qeyri-adi heç nə olmasa da, cəsarətli addımdır./ans/