Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialında kitabxanaçı işləyən Zoya Süleymanova prezident İlham Əliyevə və "Heydər Əliyev Fondu"nun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, həmçinin təhsil naziri Mikayıl Cabbarova Video müraciət ünvanlayıb.

Videoda keçmiş direktor Orucəli Rzayevin misligörünməyən "kadr islahatları" barədə şok faktlar səsləndirilib. Kadrları Sizlərə təqdim edirik.

Qeyd edək ki, Moderator.az-a mötəbər mənbələrdən daha bir şok məlumat daxil olub ki, hal-hazırda AMİ Zaqatala filialının direktoru olan Orucəli Rzayev barəsində təhsil naziri Mikayıl Cabbarova məktub və Orucəli Rzayevi bitirəcək disk göndərilib. 

Həmin diskdə filial direktoruyla bir işçisi arasındakı söhbət yer alır və ona qulaq asmaq kifayətdir ki, AMİ Zaqatala filialında 9 ballıq zəlzələ baş verəcəyini proqnozlaşdırsın...