Cəbhənin Füzuli, Xocavənd və Goranboy istiqamətlərində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.