Bu şəkillər onların uşaqlıq illərində çəkilib.

Yəqin ki, həmin vaxtlar bu uşaqların ağıllarına da gəlməyib ki, nə vaxtsa onların iri portretləri prezidentləri olduqları ölkələrin ən gözəgəlimli yerlərindən asılacaq. 

Modern.az saytı dövlət rəhbərlərinin uşaqlıq illərindən yadifar qalan şəkilləri təqdim edir.

 

 

 

 


Azərbaycanın hazırki prezidenti İlham Əliyev
 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıq illəri də Bakıda keçib...
İlham Əliyev



Rusiya Federasiyasının prezidenti Vladimir Putinin
 baxışları uşaqlıq illərindən sərt və amansızdır.



Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama
 o vaxt bilsəydi prezident olacaq, bir az ciddi dayanardı, heç olmasa ən azı dişlərini göstərməzdi.



Ukrayna prezidenti Pyotr Poroşenko
 şəkildə bir az kədərli görünür. Yəqin o vaxtdan ürəyinə damıb ki, Ukraynanın ən gərgin dövründə prezident seçiləcək.



Ukraynanın sabiq prezidenti Vuktor Yanukoviç
 isə gülür. Ancaq sona qədər gülə bilmədi.



Şimali Koreya lideri Kim Çen Inın
 uşaqlıqdan əmr və göstəriş verməyə meylli olduğu şəkildən də hiss olunur.



Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin
 bu şəkildə çox narazı və tərs baxışları əks olunub. Çox yəqin ki, şəkili çəkən sərxoş olub və belə vəziyyət balaca Borisi əsəbləşdirib.



Bu balaca qız isə Angela Merkeldir. O, elə gülə-gülə siyasi mübarizələrdə qələbə qazanaraq Almaniyanın kansleri olub.



Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev
 saçını uzatsa, illər öncə çəkdirdiyi bu şəkildən fərqlənməz.



Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin
 bu şəkildəki baxışları hazırda Amerikadan Gürcüstana baxdığı baxışlarından heç də fərqlənmir.



İki nəfərin arasında dayanan bu uşaq isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdur. O qanlı baxışları ilə sanki obyektivə deyil, SSRİ-nin xəritəsinə baxır.